Slimfit
  1. MEDİA

Gərginliyin azalmasına xidmət edən razılıq

Gərginliyin azalmasına xidmət edən razılıq
Sakura

Gərginliyin azalmasına xidmət edən razılıq

6 aprel 2022-ci il tarixində Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Görüşə dair ilk önəmli məqam tərəflərin sülh müqaviləsinin reallaşması üçün öz istəklərini bəyan etməsi olub. Sülh anlaşmasının işlənməsi və hazırlanması üçün hər iki ölkənin Xarici İşlər Nazirlikləri fəaliyyətlər həyata keçirəcəklər.Tərəflərin hələ 2021-ci ilin 15 dekabr tarixində baş tutan birgə görüşünün davamı olaraq keçirilən bu görüş, bölgədəki vəziyyətin müzakirəsi, o cümlədən bölgənin təhlükəsizlik, sabitlik və sülh şəraitində inkişafı məsələlərinin müzakirəsinə həsr olunub. Azərbaycan artıq 5 bəndlik sülh təkliflərini Ermənistana təqdim edib və ölkəmiz regionda sülhün yaranmasında maraqlı dövlətdir.

Vacib məqamlardan biri də . budur ki, Avropa İttifaqı iİşğaldan azad olunmuş ərazilərin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Azərbaycana dəstək göstərir.   Görüşdə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi,İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması qərara alınmışdır. Avropa İttifaqı dəmiryolu əlaqələrinin bərpası istiqamətində atılan addımları dəstəkləyərək avtomobil yolu əlaqəsinin də bərpası ilə bağlı tərəfləri səylər göstərməyə səsləyib. Bu, Zəngəzur dəhlizinin reallaşması baxımından da vacib yanaşmadır.  Qeyd etmək lazımdır ki, İrəvanda müəyyən dairələr artıq anlayırlar ki, Zəngəzur dəhlizini əngəlləməklə Ermənistan yeni mühüm imkanları əldən buraxır. Zəngəzur dəhlizinin reallaşması Ermənistana bu marşrutun bir hissəsi olmağa və beynəlxalq yükdaşımalarda gəlir əldə etməsinə imkan verə bilərdi. İrəvanın düşünülməmiş siyasəti ona gətirib çıxartdı ki, Azərbaycan bu marşrutu İran vasitəsilə reallaşdırmağa başladı və Ermənistan yenə də oyundan kənar vəziyyətdə qalıb. Münaqişə onilliklərini geridə qoymaq asan iş deyil, amma həm prezident Əliyev, həm də baş nazir Paşinyanın əmin və dəqiq rəhbərliyi hər iki ölkənin təhlükəsiz və daha yaxşı gələcəyinə yön verir. Hər iki ölkənin qarşısında uzun və çətin yol dayanır. Beləliklə, Brüssel danışıqları bir daha onu təsdiq etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olan Ermənistanın bütün əsassız iddialarından əl çəkməklə bölgədə sülh mühitinin formalaşmasına qoşulmaqdan başqa çıxış yolu qalmır.

Tərəflərin humanitar məsələlərin həlli ilə bağlı işlərinin vacibliyi, minaların təmizlənməsi üzrə işlər, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə sülh sazişinin hazırlanması üzərində işləmək tapşırığı, aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması, bütün bunlar vacib, zəruri, müsbət addımlardır.   Hazırda Ermənistanda gedən proseslər və Erməni cəmiyyətində hökm sürən əhval-ruhiyyə onu göstərir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləriiflasa uğrayır.

İslam İsgəndərov, ehtiyatda olan zabit

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR