Slimfit
  1. AZƏRBAYCAN

Gəray Fərhadov Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının üzvlüyündən çıxarılıb

Gəray Fərhadov Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının üzvlüyündən çıxarılıb
Sakura

Gəray Fərhadov Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının üzvlüyündən çıxarılıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) sədr müavini Gəray Fərhadov Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının üzvlüyündən çıxarılıb.

“Report” xəbər verir ki, Nazirlər Kabinetinin Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının tərkibinin təsdiqlənməsi ilə bağlı qərarına əsasən, G.Fərhadovla yanaşı, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov da üzvlükdən xaric edilib.

Onun yerinə nazirin digər müavini Mətin Kərimli təyin edilib.

Şuranın sədri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdir.

Müşahidə Şurasının əvvəlki sədri isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri, Baş nazirin müavini Əli Həsənov olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR