Genuyadakı qəzada zərərçəkənlər arasında azərbaycanlı yoxdur
İtaliyanın Genuya şəhərində körpünün dağılması nəticəsində zərərçəkənlər arasında azərbaycanlı yoxdur.
Yenicag.az-ın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, həlak olan və ya yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb.
Onun sözlərinə görə, məsələ ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfirliyi ilə mütəmadi əlaqə yaradılır:
“Faciə nəticəsində həlak olanların ailələrinə, yaxınlarına və dost İtaliya xalqına və hökumətinə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik”.
Qeyd edək ki, Genuyada körpünün bir hissəsinin dağılması nnəticəsində 22 nəfər həlak olub, 13 nəfər yaralanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət