Slimfit
  1. ELM

Genlər ölümdən sonra da aktiv qalır

Genlər ölümdən sonra da aktiv qalır
Sakura

Genlər ölümdən sonra da aktiv qalır - elmi tədqiqat

Gen hüceyrələri şəxsin ölümündən sonra da aktiv qalır, yeni elmi araşdırmanın nəticələri buna dəlalət edir.

Ölümdən sonra alınmış nümunələri təhlil edən beynəlxalq mütəxəssislər qrupuna daxil alimlər bəzi genlərin ölümdən sonra da aktiv olduğunu müşahidə edib.

Araşdırmanın nəticələri Nature Communications dərgisində dərc olunub.

Ümid edilir ki, tədqiqatın nəticələri alimləri mühüm məlumat bazası ilə təmin etməklə yanaşı məhkəmə-tibb ekspertizası sahəsində istifadə oluna bilər.

Genlərin aktivliyini anlamaqla hüceyrə, toxuma və ya hər hansı orqanın funksiyasına daha yaxından nəzər salmaq mümkün ola bilər.

Genlər hüceyrələrdəki DNT daxilində yerləşir. Onlar aktivləşəndə informasiyanı ötürən RNT (Ribonuklein turşusu) transkript adlı molekul əmələ gəlir.

RNT hüceyrədə baş verən proseslərə bilavasitə nəzarət edə bilər. Lakin onların əksəriyyəti zülalın əsasını təşkil edir.

Hüceyrədəki prosesləri anlamağa çalışan alimlər adətən RNA transkriptlərini təhlil edir.

Daxili proseslər

Təhlil üçün bəzi nümunələri əldə etmək asan iş deyil. Qana gəldikdə bu kifayət qədər bəsit prosedur olsa da, ciyər və ürək hüceyrələrini almaq daha çətindir.

Alimlər belə halda lazım gələn toxumaları ölümdən sonra alınmış orqanlardan əldə edir.

"Şəxsin ölümündən sonra gen fəallığının aşağı düşməsini gözləyə bilərsiniz", - Barselonadakı Elm və Texnologiya İnstitutundan professor Roderic Guigó deyir.

O, ölümdən sonra 24 saat ərzində təhlil edilən nümunələrdə aktivlik barədə danışaraq deyir ki, bu prosesin səbəbləri qeyri-müəyyən qalır.

"... Biz genlərin aktivləşməsinə rast gəldik, bu o deməkdir ki, bəzi hallarda ölümdən sonra da transkript səviyyəsində müəyyən fəallıq mövcuddur".

Genlərin aktiv qalmasının səbəbi müəyyən edilməyib.

Hərçənd ki, Prof Guigó hesab edir ki, bu qan axınının kəsilməsi ilə bağlı oksigen çatışmazlığı ilə bağlı ola bilər.

RNT-də baş verən dəyişiklik gələcəkdəki kriminal təhqiqatlar prosesində istifadə oluna bilər.

 

Mənbə: BBC.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR