Slimfit
  1. MARAQLI

Geni modifikasiya olunmuş məhsullar vitaminsiz olur və ağız dadı vermir

Geni modifikasiya olunmuş məhsullar vitaminsiz olur və ağız dadı vermir
Sakura

Geni modifikasiya olunmuş məhsullar vitaminsiz olur və ağız dadı vermir

İndi qidalandığımız meyvə-tərəvəz məhsullarının keyfiyyəti demək olar ki, heç kimi razı salmır. Az qala hamı eyni sözü deyir: elə bil torpağın bar-bərəkəti çəkilib, buğda çörəyinin ətri yoxa çıxıb və süfrələrimizin yaraşığı olan meyvə-tərəvəzlərin ləzzətli dadından yavaş-yavaş uzaqlaşırıq. Səbəb nədir? Torpağınmı üz dönüb, bağ-bostanın bərəkətimi qaçaq düşüb, ağzımızın dadımı çəkilib? Gerçəklik belədir: indi 30-40 il əvvəlki toxumlar qalmayıb. Kəndli həmin toxumları az qala qızıl qiymətinə əldə edir. Hətta indi həmin toxumlar çəki ilə deyil, sayla, ədədlə satılır.

AZƏRTAC-ın müxbiri həmin məsələlər barədə Standartlaşdırma İnstitutu publik hüquqi şəxsin böyük eksperti, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Bayram Əliyevlə söhbət edib.

-Geni modifikasiya olunmuş və ya transgen toxum nədir?

-Genom stabil struktur hesab edilir və ona müdaxilə etmək arzuolunmazdır. Əslində gen modifikasiyası ilə təxminən 40-45 il əvvəl məşğul olmağa başlayıblar. Hələ keçən əsrin 80-ci illərində həmin tədqiqatlara 40 milyard dollara qədər vəsait ayrılmışdı. Son on ildə artıq həmin tədqiqatlar nəticəsində geni modifikasiya olunmuş qida məhsulları yetişdirilir. Statistikaya görə, dünyada istehsal olunan və satışa çıxarılan meyvə-tərəvəzin 30 faizə qədəri həmin üsulla becərilir. ABŞ-da belə məhsullar xüsusilə geniş yayılıb və satışa çıxarılan məhsulun 70 faizini təşkil edir. Sadə və anlaqlı dillə desək, hər hansı orqanizmə ona yad olan orqanizmin genləri köçürülür. Məsələn, pomidor geninə siçovul, kartof geninə əqrəb geni əlavə edilir. Məhsul böyüyüb inkişaf edəndə zahirən pomidordan, kartofdan seçilmir, inkişaf dövründə heç bir ziyanverici ona yaxın düşmür. Məhsuldarlıq isə yüksək olur, hər pomidor kolu 30-40 kiloqram bar verir, kartofun kökyumrularında daha çox məhsul yetişir. Lakin onu kəsəndə nə ətir, nə də dad etibarı ilə əvvəlkindən əsər-əlamət qalmadığı üzə çıxır. Hazırda müxtəlif kənd təsərrüfatı məhsullarının geni dəyişdirilmiş 120-dən artıq növü yaradılıb. Onların 60-dan çoxu təsərrüfatlarda tətbiq edilir.

Bundan başqa lanset və ya soysuz toxumlar da var. Laboratoriyada kodlaşdırılan həmin toxumlar cəmi bir il məhsul verir. Onu əkib-becərir, yüksək məhsul götürür, növbəti il isə ondan heç nə əldə etmək olmur. Gen mühəndisliyi son illər bir az da “qabağa gedərək” beş il məhsul verən toxumlar yetişdirməyə başlayıb. Həmin müddətdən sonra əkilən toxum qətiyyən məhsul vermir. Lanset toxumlar təbiətə və torpağa da çox böyük ziyan vurur. Torpaqda olan bütün üzvi və mineral gübrələri sorur, başqa bitkilərin inkişafına imkan vermir. Nəticədə həmin bitkilər əkilən yerdə “ölü torpaqlar” əmələ gəlir.

-Əvvəlllər bazarlarda yalnız hər mövsümə uyğun meyvə-tərəvəzlər tapmaq olardı. İndi ilin istənilən fəslində həmin nemətlər satışa çıxarılır...

-Təəssüflər olsun ki, indi geni modifikasiya olunmuş məhsullar çox yayılıb. Bazarlarda piştaxtaların üstü eyni boyda, eyni görkəmdə, əkiz kimi bir-birinə oxşayan meyvə-tərəvəzlərlə dolu olsa da, alıcı tələbatını ödəyə bilmir. Məhsulların çeşidinin çoxaldığı açıq-aşkar hiss olunur. İnkişaf və tərəqqinin indiki sürətdə olmadığı zamanlarda bazarlara meyvə-tərəvəzlərin bir neçə növü çıxarılırdı. Ona görə də bu gün bazara üz tutan alıcının öz istehlak səbətinə uyğun olaraq alıb zənbilinə doldurduğu məhsullar ona istədiyi ağız dadını vermir.

Fermer və icarədarlar keyfiyyətə yox, kəmiyyətə, məhsuldarlığa üstünlük verirlər. Yerli xiyar, pomidor sortunun nazı ilə oynayınca onlar üçün geni dəyişdirilmiş məhsuldar xiyar, pomidor sortu yetişdirmək və onun məhsulunu bazara çıxarmaq daha əlverişlidir. Heç kəsə sirr deyil ki, həmin sortdan olan xiyar və pomidor kifayət qədər yüksək məhsul verir. Meyvə-tərəvəzlərdəki gen dəyişikliyi o yerə gəlib çatıb ki, qəbul edilən qida və ərzaqların tərkibində lazımi vitaminlər ya heç olmur, ya da çox az olur. Göyərtilərin vitamin tərkibi 50-70 faiz arasında öz keyfiyyətini itirib. “Peyğəmbər buğdası” adlandırılan qarğıdalının yerini indi tez bişən və məhsuldar Amerika qarğıdalısı tutub. Yeni növ qarğıdalı məhsuldardır, görkəmi ilə göz oxşayır, üstündə dənləri çoxdur, amma tərkibindəki sellüloza və digər maddələr olduqca azdır.

Bəs həmin məhsullardan istifadə olunması hansı zərurətdən irəli gəlir?

-GMO məhsullarına üstünlük verən ölkələr artan əhalinin qidalandırmaq problemini, onun tətbiqinin bir sıra xəstəliklərə qarşı davamlılıq yaratdığını önə çəkirlər. Həmin məhsullar müasir biotexnologiya elmi və gen mühəndisliyi vasitəsi ilə, süni yaradılmış orqanizmlərlə təbii olanların müqayisəsi zamanı bir sıra üstünlüklər əldə olunmasına baxmayaraq, insan sağlamlığı və ətraf mühitə təsiri baxımından dünya alimləri arasında mübahisələrə də səbəb olur. Bir çox alimlər gen mühəndisliyi zamanı insan həyatı, sağlamlığı, irsiyyət və dövlət əmlakına dəyə biləcək ziyanı gizlətməklə digər göstəricilərə üstünlük verirlər. Mənbələrdən birində bildirilir ki, geni modifikasiya olumuş məhsulullar mədə-bağırsaq sistemində tamamılə parçalanaraq məhv olurlar. Bu, onların yeganə arqumenti hesab olunur. Digər mənbələrdə bildirilir ki, DNT heç də axıra kimi həzm olmur və onların molekulları bağırsaqdan hüceyrəyə, hüceyrədən nüvəyə və oradan da xromosoma daxil ola bilir. Hər halda həmin məlumatlar risk təhlükəsi olduğunu göstərir. GMO-un yaradıcısı sayılan Böyük Britaniya seleksiyasıçısı Pol Devin bir mikroorqanizmə 3 müxtəlif mənbədən genlər köçürərək yeni kombinə mikroorqanizmi əldə etsə də, sonradan onu da söyləyib ki, həmin orqanizmlər nəzarətdən çıxıb ətrafa buraxılarsa, onun yaratdığı təhlükənin qarşısını almaq mümkünsüz olar.

-Bayram müəllim, həmin məhsulların hansı zərərli təsirləri var?

-Geni dəyişdirilmiş məhsulların müəyyən aqrotexniki üstünlükləri ilə yanaşı, immunitetin zəifləməsi, allergiya, toksik effektlər, qidalanma tərzi və hormon dəyişikliyi baxımından insan sağlamlığına ziyanlı təsirləri var. Aparılan araşdırmalar onu da meydana çıxarıb ki, GMO-dan istifadə edən ölkələrdə əhalinin immuniteti xeyli aşağı düşüb. Həmin məhsullarla qidalanmanın birinci nəsildə, bəzən də sonrakı nəsillərdə sağlamlıq üçün fəsadlı nəticələr verəcəyini düşünürlər. Transgen toxumdan əmələ gələn pomidorun tərkibində likopen maddəsi 80 faiz azalıb. Likopen pomidora və qarpıza qırmızı rəng verən təbii maddədir və onun çatışmazlığı kişilərdə sonsuzluğa, qadınlarda isə yumurtalığın polikistozuna səbəb olur. Həmin üsulla yetişdirilən bir neçə pomidor yeyilməsi də bəzən bir pomidorun verdiyi qədər vitamin vermir. Avitaminoz, mineral maddələrin azlığı orqanizmdə polifenol çatışmazlığına səbəb olur. Ona görə də bir sıra Avropa ölkələrində həmin məhsulların gətirilməsi və satışına ciddi qadağalar qoyulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR