Slimfit
  1. ELM

Genetik alimlər uşağın cinsinə təsir edən yeni amil aşkar ediblər

Genetik alimlər uşağın cinsinə təsir edən yeni amil aşkar ediblər
Sakura

Genetik alimlər uşağın cinsinə təsir edən yeni amil aşkar ediblər

Genetik alimlər gələcək uşağın cinsinə təsir göstərən amilə yeni nəzərlə baxıblar. Merdok şəhərindəki (Minnesota ştatı) Melburn uşaq elmi-araşdırma institutunun əməkdaşları cinsi mənsubluğu müəyyənləşdirən genlərin aktivliyinə az və ya çox dərəcədə təsir edən “stabilizator”un mövcudluğunu öyrəniblər.

Hadson İnstitutundan olan doktor Brittani Kroft xatırladıb ki, gələcək uşağın cinsi mayalanma zamanı xromosomların tərkibindən asılıdır. Məlumdur ki, 2 X xromosomu dünyaya qız uşağının, XY xromosom kombinasiyası ilə olan embrionun oğlan uşağının düynana gələcəyindən xəbər verir. Y xromosomunda SOX9 geninə təsir edən SRY geni yerləşir. Bu qarşılıqlı əlaqə döldə yumurtanın yaranmasına gətirib çıxarır. Onların tam inkişaf etməsi üçün SOX9 geninin kifayət qədər yüksək səviyyədə olması lazımdır. Nature Communications qeyd edir ki, əgər bu genin aktivliyi aşağı düşürsə və ya onda pozğunluqlar aşkar edilirsə, yumurtalar tam lazımi şəkildə formalaşmaya bilər ki, uşağın cinsi inkişafında pozğunluğa gətirib çıxaracaq.

Araşdırmanın rəhbəri, prosessor Endryu Sinkler bildirib ki, insan DNT-si 90% “arzuolunmaz qara materiya”dan ibarətdir. Onda gen yoxdur, amma genlərin aktivliyinə təsir edən “stabilizatorlar” var. Əgər bu “stabilizator”larda zədələnmələr olarsa, bu yumurtalara təsir göstərəcək və uşaq həmçinin cinsi inkişaf pozğunluğu əldə edəcək.

DNT-nin stabilləşdirən fraqmentlərini alimlər gücləndirici adlandırıblar. Onlardan üç ədədi tapılmışdır. Onlar kişi cinsinin embrionundakı SOX9 geninin yüksək göstəricilərinə cavabdehdir, bu da onun yumurtaların düzgün inkişafını təmin edir.

Genetiklər öz işində qeyri-adi vəziyyətlər barədə danışıblar. Araşdırılan nümunələr içərisində XX nümunələri tapılıb ki, gücləndiricilərin əlavə nümunələri ucbatından uşaq kimi doğulublar. Həmçinin SOX9 gücləndiricilərini itirən XY nümunələri qadın yumurtaları əldə ediblər.

Beləliklə, alimlər sübut ediblər ki, cinsiyyətin formalaşmasına digər işlərdə diqqətin yetirildiyi genlərin özü deyil, gücləndiricilər təsir göstərir. Onlar DNT-nin əvvəllər dərindən öyrənilməyən yerlərindədir. İşin müəllifləri hesab edirlər ki, bir çox pozğunluqları aşkar etməyə bu gücləndiricilərin  təbiətini dərindən öyrənmək kömək edəcək.

 

Mənbə: Versiya.info

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR