Slimfit
  1. CƏMİYYƏT

Generalın həbsdən çıxan bacısı oğlu yeni vəzifəyə TƏYİN EDİLDİ

Generalın həbsdən çıxan bacısı oğlu yeni vəzifəyə TƏYİN EDİLDİ
Sakura

Generalın həbsdən çıxan bacısı oğlu yeni vəzifəyə TƏYİN EDİLDİ

Rüşvət ittihamı ilə həbs edilmiş Fövqəladə Hallar Nazirliyinin Modul tipli Hospitalının sabiq baş həkimi İmran Ağayev yeni işə başlayıb.

Ens.az Unikal.org-a istinadən xəbər verir ki İ.Ağayev Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının direktor müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, İmran Ağayev fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadənin bacısı oğludur.

Xatırladaq ki, İmran Ağayev koronavirus xəstələrinin FHN hospitalının “VIP korpus”larına yerləşdirmək və özəl klinikadan hospitala köçürülməsi müqabilində rüşvət almaqda ittiham edilib. 2021-ci il aprelin 22-də tutulub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını dörd ilə, Ali Məhkəmə isə üç ilə endirib. Beləliklə, bu il aprelin 22-də onun cəza müddətinin üçdəiki hissəsi tamam olub və İmran Ağayev azadlığa buraxılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR