Slimfit
  1. CƏMİYYƏT

General sərhədçilərlə nahar etdi

General sərhədçilərlə nahar etdi
Sakura

General sərhədçilərlə nahar etdi

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşun­larının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yeni hərbi hissə kompleksi istifadəyə verilib.

Bu barədə Axar.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Bu münasibətlə təşkil olunan təntənəli mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan sərhədçisinin dövlətçiliyimizin və sərhədlərimizin keşiyində ayıq-sayıq dayandığını, Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyəti üçün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarını icra etməyin böyük şərəf və məsuliyyət olduğunu bildirib, Ali Baş Komandanın qay­ğısı sayəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və böl­mələrində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin ya­ra­dılmasını qeyd edib.

Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları əra­zisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizə­yə götürülməsinin dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsi istiqamətində mühüm addım olması xüsusi vurğulanıb, bu istiqamət­də sərhəd infrastrukturunun yaradılması üzrə həyata keçirilən geniş miqyaslı tikinti-inşaat və quruculuq işləri, o cümlədən düşmənin təxri­bat­larına baxmayaraq sərhəd döyüş mövqelərinin təkmilləş­dirilməsi üzrə görülən işlər haqqında məlumat verilib, Azərbaycan sərhədçilə­rinin işğalda olan torpaqlarımızın azad olunmasına öz ciddi töhfələrini verməyə hər zaman hazır olmaları bildirilib.

Tədbirdə iştirak edən Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Ni­zaməddin Quliyev sərhədçiləri təbrik edərək onlara şərəfli xidmətlə­rində uğurlar arzulayıb.

Tədbir zamanı xidmətdə yüksək nəticələr gös­tərmiş bir qrup hər­bi qulluqçu təltifl edilib.

Çıxışlarda sərhədçilərin yerli əhali, ictimaiyyət nümayən­dələri ilə əlaqələrinin möhkəm zəmin üzə­rində qurulmasının Vətənimizin hü­dud­­larının qorunması işində müs­bət rol oynaması, icra hakimiyyəti, pro­­­ku­rorluq, dövlət təhlükəsizliyi və daxili işlər orqanları ilə sıx əmək­daşlığın, Müfadiə Nazirliyinin hərbi hissələri ilə qarşılıqlı fəaliy­yətin dövlət sərhədlərimizin mühafizəsinin daha da gücləndirilməsinə xid­mət etməsi xüsusi qeyd olunub.

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra hərbi hissə komplek­sinə baxış keçirilib. Hərbi hissədə xidmətin yüksək səviyyədə təş­kili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılıb. Hərbi hissə kompleksində xidməti və yaşayış binaları, tibb məntə­qə­si, id­man zalı, təminat binaları, su rezervuar­ları inşa olunub.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və qo­naqlar şəxsi heyətlə birlikdə nahar ediblər.

Səfər çərçivəsində tə­mas xəttində yerləşən sərhəd döyüş mən­tə­qələrində xidməti-döyüş fəaliyyətinin vəziyyəti yoxlanılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR