Dərc edildi: Baxış sayı: 406
General “Abşeron” postundakı vəziyyətlə tanış olub
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində və Bakı Baş Gömrük İdarəsinin “Abşeron” gömrük postunda mövcud vəziyyətlə tanış olub.
DGK sədri Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində gömrük işinin səmərəli təşkili, gömrük prosedurlarının və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi, “bir pəncərə” sisteminin tətbiqi sahəsində aparılan işlərin səviyyəsi ilə maraqlanıb.
Səfər Mehdiyev həmçinin Bakı Baş Gömrük İdarəsinin “Abşeron” gömrük postun-da gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib və görülmüş tədbirlərin səmərəliliyi barədə DGK sədrinə ətraflı məlumat verilib.
Komitə rəhbəri əmin olduğunu bildirib ki, gömrük əməkdaşları qarşıya qoyulan vəzifələri daha yüksək səviyyədə həyata keçirəcək, öhdəliklərə daim məsuliyyətlə yanaşacaq və etimadı doğruldacaqlar. Səfər Mehdiyev gömrük nəzarətinin daha səmərəli təşkilinə dair tapşırıq və tövsiyələrini verib.
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində və Bakı Baş Gömrük İdarəsinin “Abşeron” gömrük postunda mövcud vəziyyətlə tanışlıq zamanı DGK sədri xarici iqtisadi fəaliyyət iştirakçıları ilə də söhbət edib, onların rəy və təkliflərini dinləyib.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iş adamları ilə söhbətdə göm-rük sahəsində aparılan islahatlara toxunaraq vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu islahatlarda məqsəd sahibkarlıq mühitinin yaxşılaşdırılması, iş adamlarına münbit şəraitin yaradılmasıdır.
DGK sədri diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin gömrük xidməti qarşısında qoyduğu ən vacib tapşırıq şəffaflığın tam təmin edilməsi və korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsidir. Gömrük orqanlarının hər zaman sahibkarların yanında olduğunu diqqətə çatdıran Komitə sədri, sahibkarlar və gömrük xidməti arasında sıx işgüzar əlaqələrin qurulduğunu və bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.
Mənbə: Azvision.az

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət