Slimfit
  1. AZƏRBAYCAN

Genefondumuzu qorumaq üçün GMO ilə bağlı qanuna ehtiyac var

Genefondumuzu qorumaq üçün GMO ilə bağlı qanuna ehtiyac var
Sakura

Genefondumuzu qorumaq üçün GMO ilə bağlı qanuna ehtiyac var

Azərbaycanda geni dəyişdirilmiş məhsullarla (GMO) bağlı ayrıca qanuna ehtiyac var. Düzdür, geni dəyişdirilmiş məhsulların zərərlərinin, təhlükələrinin önlənməsi üçün addımlar atılır, müvafiq qanunlarımızda - yeyinti məhsulları, taxılçılıq, seleksiya nailiyyətləri, toxumçuluq, üzümçülük və şərabçılıq haqqında və sair qanunlarımıza dəyişikliklər olunur, amma hesab edirəm ki, bunlar yetərli, kifayət deyil.

Bu məsələni hüquqi və daha effektiv şəkildə tənzimləmək üçün yeni və ayrıca mükəmməl qanuna ehtiyac duyulur.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin üzvü Hüseynbala Mirələmov deyib.

Millət vəkili hesab edir ki, bu, ciddi və taleyüklü məsələ olduğu üçün qanun layihəsinin hazırlanması və müzakirələrə çıxarılaraq, qəbulunun sürənləndirilməsi, tezləşdirilməsi lazımdır:

“Mən bir neçə dəfə bu məsələni qaldırmışam. Eləcə də, digər həmkarlarım bu haqda fikirlərini, narahatlıqlarını bildiriblər və onlar anlayışla qarşılanıb.

Məsələn, bu yaxınlarda Milli Məclisdə Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı beynəlxalq konfransda, önəmli xarici qonaqların qatıldığı tədbirdə də müraciət, çağırış etdim ki, dünyanın nüfuzlu təşkilatları, o cümlədən, BMT-nin müvafiq qurumları geni dəyişdirilmiş məhsulların istehsalına və istehlakına son qoyulması istiqamətində ciddi addım atsınlar.

Çünki bunlar insan sağlımlığı, genefondun təhlükəsizliyi üçün ciddi və təhlükəli problemlərdəndir. Onu da bildirdim ki, GMO-nun qarşısının alınması istiqamətində dünya miqyasında parlamentlər səviyyəsində daha sərt qanunlar qəbul olunmalıdır.

Qeyd edim ki, hələ bir neçə il öncə bazardan həmin GMO-dan, yəni, alma məhsulu almışdım. İnandırıram sizi, bir dəfə təsadüfdən şkafı açıb baxanda gördüm ki, üç il əvvəl aldığım alma xarab olmayıb, çürüməyib. Özüm gördüyüm mənzərədən dəhşətə gəldim. Üç il şkafda, havasız yerdə qala və çürüməyə. Deməli, bu, elə-belə məsələ deyil.

Bu, çox böyük təhlükədir. Gələcəyimiz, genefondumuz üçün  böyük bəladır. Bizə belə məhsullar lazım deyil, biz bunları istəmirik. Ona görə bu  istiqamətdə ciddi, kəsərli adımlar atılmalıdır və bunun üçün sərt bir qanun olmalıdır”.

Millət vəkili Azər Badamov belə hesab edir ki, GMO haqqında ayrıca qanun olmalıdır:

“Bunu bizdən dövr, reallıqlar, qarşılaşdığımız hadisələr tələb edir. Belə biri qanunun qəbulu mütləq və zəruridir.

Bu gün ölkələri, cəmiyyətləri, insanları heç də müharibələr yolu ilə məhv etmirlər, həm də bu cür “eksperimentlərlə”, bu cür məhsullarla çökürdürlər. Təəssüflər olsun ki, dünyada bu cür idarəolunan mərkəzlər var və bəzi güclər öz niyyətlərinə çatmaq üçün həm də bu yolu seçirlər. Ona görə də çox diqqətli və həssas olmaq lazımdır.

Şükür Allaha ki, ölkəmiz ekoloji cəhətdən təmiz olan kənd təsərrüfatı məhsullarının becərilməsi üçün hər cür çoğrafi üstünlüklərə malikdir. Torpağımız elə bərəkətlidir ki, hətta daşın üzərinə su və toxum töksən, o da cücərəcək, məhsul verəcək. Bu baxımdan, hesab edirəm ki, ilk növbədə öz təbii məhsullarımızın becərilməsinə, istehsalına ciddi diqqət yetirilməlidir, hansı ki, bu istiqamətdə mühüm addımlar atılır.

Dövlətimizin, ölkə başçımızın bu məsələdə iradəsi, atılan addımlar ortadadır. Yəni, bu istiqamətdə işlər daha da sürətləndirilməli, özümüzü tam şəkildə ekoloji cəhətdən təmiz olan yerli məhsullarla təmin etməliyik. Eyni zamanda, GMO-ların zərərli təsirlərinin, onların ölkəyə gətirilməsinin önlənməsi və bu yöndə ortaya çıxa biləcək hüquqi məsələləri tənzimləmək üçün müstəqil qanun olmalıdır. İnanıram ki, yaxın gələcəkdə 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR