Slimfit
  1. AZƏRBAYCAN

Gənclərin sosial problemlərinin həlli hər zaman diqqət mərkəzindədir

Gənclərin sosial problemlərinin həlli hər zaman diqqət mərkəzindədir
Sakura

Gənclərin sosial problemlərinin həlli hər zaman diqqət mərkəzindədir

2 fevral – Gənclər Günü münasibətilə Nəsimi rayonunda bayram tədbiri keçirilib.

Nəsimi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə rayonun istehsalat, elm, mədəniyyət, təhsil, ictimai, pedaqoji sahələrdə fəaliyyət göstərən, idmanda fərqlənən qabaqcıl gəncləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

İcra başçısı Asif Əsgərov çıxış edərək vurğulayıb ki, ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Odur ki, ümummilli liderimiz Heydər Əliyev 1994-cü ilin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyini yaratdı və gəncləri bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin Gənclər Forumu keçirildi və daha sonra ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncamla fevralın 2-si Gənclər Günü elan edildi. Gənclərə, gələcək nəslə çox böyük qayğı ilə yanaşan, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə mühüm addımlar atılır.

Qeyd olunub ki, Nəsimi rayon əhalisinin təqribən 24,8 faizini gənclər təşkil edir. Gənclərin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülüb.

Asif Əsgərov bildirib ki, gənclərə hər zaman dəstək olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin, tarixinin və ölkədəki nailiyyətlərin dünya miqyasında təbliği və tanınmasında böyük rolu var.

Sonra rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət sahələrində fərqlənən gənclərə Nəsimi Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və hədiyyələri təqdim olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR