Slimfit
  1. MEDİA

Gənclər SAHNA arxasında qalmadı!

Gənclər SAHNA arxasında qalmadı!
Sakura

Gənclər SAHNA arxasında qalmadı!

SAHNA: Effektiv Natiq – Uğurlu Sahibkar!” layihəsinin Bakı Konqres Mərkəzində Bağlanış, Mükafatlandırma mərasimi və Master-klass keçirildi. Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) tərəfindən, “Youth Inc.” Sahibkarlıq Proqramı və “Azerbaijan Public Speaking Competition” (APSC) Platformasının tərəfdaşlığı ilə 2019-cu ilin Mart-Aprel aylarını əhatə edib.

Əsas məqsədi sahibkarların natiqlik, təqdimat və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq  fəaliyyətinə dəstək olmaq olan layihə, ideyası, startapı və ya biznesi olan gənclər üçün natiqlik bacarıqlarının formalaşdırılması onların investorlar qarşısında uğurlu çıxış etmələrinə  kömək edib.

Layihə çərçivəsində ümumi olaraq, 4 bölgədə - Bakı, Gəncə, Şəki və Qubada təlim kursu və mentorinq mərhələsi həyata keçirilib. İştirakçılar təqdimat, natiqlik və ünsiyyət bacarıqları haqqında öyrəndikdən sonra mentorinq mərhələsində iştirak edərək praktiki biliklər əldə ediblər. Belə ki, iştirakçılar öz çıxışlarını peşəkar mentorların dəstəyi ilə hazırlayıblar.

250 nəfərin iştirak etdiyi tədbirdə açılış nitqində layihə nümayəndəsi Kənan Məmmədov5 aylıq hazırlıq və icra prosesi olan layihə çərçivəsində 210-dan çox gənc iştirak edib və ümumilikdə, 130-dan çox layihə təqdim olunub. Seçim mərhələsində isə hər bölgədən (Quba, Şəki, Gəncə və Bakı) ən yaxşı gənc natiq müəyyən olunaraq final mərhələsinə vəsiqə qazandığını” qeyd edərək finalçılara uğurlar arzulayıb. Daha sonra Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bu tip layihələrin yararından danışaraq, çıxışında gənclərin bilik və bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsinə yönəlmiş layihələri hər zaman dəstəklədiyini qeyd edib.

Tədbirin davamında Ceyhun Əli tərəfindən “Biznes mühitində nitq mədəniyyətinin rolu və nüfuz menecmenti” mövzusunda master-klass həyata keçirilib. Yekunda layihənin keçirildiyi 4 bölgədən ən yaxşı 4 gənc sahibkar natiq çıxış edərək öz ideyalarını təqdim edilib.

Onlar, Gəncə bölgəsindən, Azərbaycan Texnologiya Universitetinin tələbəsi Hüseyn Xəlilov, Şəki bölgəsindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının tələbəsi Elvin Mabudlu, Quba bölgəsindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbəsi
Zülfüqar Mayılov, Bakı bölgəsindən Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarının tələbəsi Coşqun Quliyevdir.

Yekunda, finalçılar, münsiflər və təlimçilər mükafatlandırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR