Slimfit
  1. DÜNYA

Gənclər işsiz qalacaq

Gənclər işsiz qalacaq
Sakura

2030-cu ildə 2 milyard gənc işsiz qala bilər

Kommersant.az xəbər verir ki, təqribən 2 milyard gənc 2030-cu ildə lazımi bacarıq və ya keyfiyyətlərin olmaması səbəbindən işsiz qala bilər. Belə ki, “Deloitte” şirkətinin və beynəlxalq biznes koalisiyasının apardığı araşdırmaya görə, dördüncü sənaye inqilabı yeni texnologiyaların görünməmiş sürətlə inkişafına və nəticədə yalnız iş növlərinin yox, onların icra yollarının da tamamilə dəyişməsinə gətirib çıxarır. İnsanlar isə sürətlə inkişaf edən texnologiya ilə işləyəcək sürəti yığa bilmədikdə iş yerlərində uyğunsuzluq yaranır.

Mütəxəssislər bu vəziyyətin ildən-ilə daha da inkişaf edəcəyini və növbəti onillikdə artıq təqribən 2 milyard gəncin işsiz qalacağını bildiriblər. Onların məsləhətinə əsasan, işsiz qalmaq istəməyənlər dərhal yeniliklərə açıq, yeni texnologiyalara yönəlmiş peşələr seçməli, bu sahədə bilik və bacarıqlarını inkişaf etdirməlidirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR