Slimfit
  1. MEDİA

Gənclər gününə həsr olunan təlim

Gənclər gününə həsr olunan təlim
Sakura

Gənclər gününə həsr olunan təlim

02-03 fevral 2019-cu il tarixlərində Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqrobiznes və idarəetmə” və “Aqrar iqtisadiyyat” fakültələrinin müvafiq auditoriyalarında Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Dövlət Aqrar Universiteti və Gəncə Aqrobiznes Assosiasiyasının təşkilati dəstəyi ilə “İllustrasiya və fəaliyyətlər yolu ilə gənclərin ekoloji maarifləndirilməsi və ətraf mühitin qorunması istiqamətində onların bilik və bacarığının formalaşdırılması” adlı layihə çərçivəsində “Ətraf mühitlə davranış və ekoloji problemlərin həllində antropogen təsir” mövzusunda təlimlərin keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə, 02.02.2019-cu il tarixində ilk təlim keçirilib. Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin C kateqoriyası üzrə qalibi olan sözügedən layihənin gedişatında əsas məqsəd Gəncə şəhərində gənclərin ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, gənclərin diqqətini ekoloji problemlərin həllinə yönəltmək və təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaqdır.

Layihənin icra planına uyğun olaraq ilk təlim günündə tədbiri giriş sözü ilə açan layihə rəhbəri Cəfər Cəfərov öz nitqində Azərbaycan Respublikasının Gənclər Fonduna gənclərə göstərdiyi dəstək üçün minnətdarlığını bildirib, layihənin əsas məqsəd və hədəflərindən söz açıb. Təlimin məhz Gənclər gününü əhatə etməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, layihə məhz gənclər siyasəti ilə bağlı olduğundan təlimin həmin günə salınması təsadüfi deyil.

Daha sonra çıxış edən Aqrobiznes və idarəetmə fakültəsinin dekanı dosent Əlöysəd Əsgərov layihə rəhbərini təbrik edib və bu kimi layihələrin gənclər üçün önəmini vurğulayıb. O, təlim iştirakçılarını salamlayaraq, təlimin gedişatında uğurlar arzu edib. Çıxışlardan sonra isə təlimçi Fərrux Rəhimovun təqdimatında müvafiq mövzuda ilk təlim keçirilib. Təlimin mövzusu iştirakçılar tərəfindən maraqla qarşılanıb. Təlimdə ümumilikdə 50 nəfər gənclərdən ibarət iştirakçı kontingenti formalaşdırılıb. Qarşılıqlı diskussiya şəklində keçən təlimdə təlimçi ətraf mühitin önəmi, insanların ona olan rəğbəti, ekoloji problemlərin həllində antropogen təsir ilə bağlı maraqlı faktları bölüşüb. Təlimin sonunda fərqlənən gənclərdən ibarət “EKO KLUB” yaradılıb. Yaradılmış klubun məqsədi layihənin davamılılığı baxımından mütəmadi olaraq ətraf mühit problemlərinin dəyirmi masa arxasında müzakirə olunmasıdır. Xatırladaq ki, növbəti təlim isə 03.02.2019-cu il tarixində “Aqrar iqtisadiyyat” fakültəsində keçirilməsi nəzərdə tutulub. Layihə rəhbəri qeyd edib ki, növbəti təlimin də gedişatı ilə bağlı mediyaya məlumat veriləcəkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR