Slimfit
  1. AZƏRBAYCAN

“Gəncəyə bir mərmi düşsə...” – Deputat açıqladı

“Gəncəyə bir mərmi düşsə...” – Deputat açıqladı
Sakura

“Gəncəyə bir mərmi düşsə...” – Deputat açıqladı

“Azərbaycan Ordusu qısa müddət ərzində bütün Xankəndini yerlə-yeksan etmək və şumlamaq gücündədir

“Münaqişəsini tənzimləmək üçün yaradılmış Minsk Qrupunun həmsədrləri “ağızlarına su alıb oturublar””

Dağlıq Qarabağdakı qondarma rejimin “başçısı” Araik Aratunyan Gəncəni vurmaqla hədələyib. Tovuzdakı uğursuzluq Ermənistanı yeni təxribatlara əl atmağa və revanş götürməyə vadar edir. Məğlubiyyətdən azğınlaşan düşmən ölkə artıq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmağa adət edib. Bununla öz yırtıcı və faşist simasını dəfələrlə nümayiş etdirib. 

Belə olan məqamda isə beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycanın ikinci böyük şəhərini vurmaqla hədələməsini nəzarətə götürməlidirlər.  Ermənistan hakimiyyətindən bununla bağlı izahat tələb olunmalıdır. 

Görəsən ATƏT Minsk Qrupunun  həmsədrləri bu bəyanata niyə münasibət bildirmirlər? 

Ens.az xəbər verir ki,Sualımızı cavablandıran millət vəkili Musa Qasımlı “Sherg.az” açıqlamasında söyləyib ki, belə sərsəm bəyanatlar boş hədə-qorxudan başqa bir şey deyil. 

Parlamentarinin sözlərinə görə, Gəncəyə bir mərmi düşsə, Azərbaycan Ordusu qısa müddət ərzində bütün Xankəndini yerlə-yeksan etmək və şumlamaq gücündədir:

“Belə açıqlamalar göstərir ki, Ermənistan hərbi cinayətlər törətmiş bir dövlətdir. Ermənistan rəhbərliyində oturanlar müharibə caniləridir. Çünki 1988-ci ildən bəri Ermənistan daim mülki əhalini hədəfə alıb. Amma bir yerdə görmərik ki, Azərbaycan əsgəri mülki erməniyə əl qaldırsın və ya öldürsün. Belə bir hal olmayıb. İndiyə qədər olan bütün toqquşmalarda Azərbaycan tərəfi Ermənistanda yalnız hərbi obyektlərə zərbə endirərək darmadağın edib. Ordumuz indi də bu qüdrətə malikdir”. 

M.Qasımlı qeyd edib ki, Ermənistan Azərbaycanla üzbəüz qalacağı təqdirdə Ordumuz qısa müddət ərzində İrəvana daxil ola bilər:

“Bütün bunlar reallıqdır və sübuta ehtiyac yoxdur”. 

Parlament üzvü vurğulayıb ki, ən təəccüb doğuran məqam Ermənistanın hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ münaqişəsini tənzimləmək üçün yaradılmış ATƏT-in Minsk Qrupunun (MQ) həmsədrləri ağızlarına su alıb oturublar:

“Çoxlu sullar yaranır. MQ-nin mandatı bəllidir, onlar nə üçün regiona turist kimi gəlib-gedirlər və nəyə görə həmsədr ölkələr Ermənistanın hədələrinə cavab vermirlər?

Niyə həmsədrlər Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qoşunların çıxarılması üçün səy göstərmirlər? Məncə burada təkcə ikili standartlar deyil, çoxlu standartlar var.  

ATƏT-in MQ həmsədrlərinin belə baxışları münaqişənin həllinin başqa müstəviyə keçirilməsi üçün imkan yaradır. Bundan sonra formalaşacaq hər hansı bir şərait üçün ilk növbədə Ermənistan tərəfi məsuliyyət daşıyır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR