Slimfit
  1. AZƏRBAYCAN

Gəncənin yeni başçısı bu məsələdə çox sərtdir - Deputat

Gəncənin yeni başçısı bu məsələdə çox sərtdir - Deputat
Sakura

Gəncənin yeni başçısı bu məsələdə çox sərtdir - Deputat

Hesab edirəm ki, Niyazi Bayramov qısa müddətdə gəncəlilərin sevgisini qazanacaq və problemlərin həlli istiqamətində şəhər ictimaiyyətinin dəstəyi ilə uğurlu addımlar atacaq.

Bu sözləri Axar.az-a ötən gün Gəncənin icra başçısı vəzifəsinə təyin edilən Niyazi Bayramov haqqında təəssüratlarını bölüşən Mingəçevir şəhərinin deputatı Aydın Mirzəzadə deyib. O bildirib ki, Niyazi Bayramov icra başçısı kimi Mingəçevirin inkişafında müstəsna rol oynayıb:

“Niyazi Bayramovla Mingəçevirin icra başçısı vəzifəsinə təyin olunandan sonra tanış olmuşam. Bu müddət ərzində onunla səmimi, birgə fəaliyyət göstərmişik. Mingəçevirlə bağlı məsələlərin müzakirəsi zamanı problemlərin dərinliyinə varmaq, onların həlli istiqamətində yollar axtarıb tapma bacarığı məndə həmişə ona qarşı hörmət doğurub. Sakit təbiətli, təhkimli və insanları dinləməyi bacaran biridir. Kollektivlə işləməyə qadirdir. Hər kəsin fəaliyyətinə qiymət verir, işinə çox məsuliyyətlidir. İş bacarmayanlara, görüntü yaradanlara qarşı çox sərtdir. Hüquq-mühafizə orqanları ilə işləməyi bacarır, onlara dəstək olur. İnsanların arasında olmağı çox sevir. Qəbul zamanı istənilən məsələni diqqət mərkəzində saxlayır və həlli üçün tapşırıqlar verir.

O, Mingəçevirin perspektiv planları ilə bağlı hökumət və ayrı-ayrı nazirlər qarşısında məsələlər qaldırırdı, onları inandırmağı və məsələnin həllinə yönəltməyi bacarırdı. Şəhərin inkişafı üçün investisiyalar cəlb etməyi daim düşünürdü və buna nail olurdu. Abadlıq işlərinə ciddi diqqət edirdi. Onun bu vəzifədə olduğu müddətdə parklar abadlaşdırıldı, Kürqırağı zona hər kəsin istirahət edə biləcəyin məkana çevrildi. Prezident siyasətini səliqəli və vaxtında yerinə yetirən insandır. Ona uğurlar arzulayıram və Mingəçevirin inkişafı üçün etdiklərinə görə təşəkkür edirəm”.

Niyazi Bayramov haqqında tanınmış jurnalistlər də müsbət fikirlər səsləndiriblər. Media nümayəndələri onun öz işinə məsuliyyətlə yanaşdığını vurğulayaraq, Gəncə üçün doğru seçim olduğunu bildiriblər.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Elmar Vəliyev Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub və yerinə Niyazi Müzəffər oğlu Bayramov təyin edilib. N.Bayramov bu təyinatadək Mingəçevirin icra başçısı olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR