Slimfit
  1. SİYASƏT

Gəncənin su təchizatı layihəsi 2022-ci ildə başa çatacaq

Gəncənin su təchizatı layihəsi 2022-ci ildə başa çatacaq
Sakura

Gəncənin su təchizatı layihəsi 2022-ci ildə başa çatacaq

“Əgər Taxtakörpü su anbarı bir neçə il bundan əvvəl tikilməsə idi, keçən ilin yay aylarında Bakı şəhərində su qıtlığı yaranacaqdı. Çünki bizim əsas içməli su mənbəyimiz olan Ceyranbatan su anbarını qidalandıran Taxtakörpü su anbarıdır. Orada sular yığılır və eyni zamanda, təbii yollarla təmizlənir, sonra Ceyranbatana axıdılır. Ona görə bu böyük infrastruktur layihələrinin çox böyük əhəmiyyəti, faydası var. Bu gün biz əkin sahələrimizi genişləndiririk, insanları içməli su ilə təmin edirik”.

Report” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksinin kollektivi ilə görüşü zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, Şəmkirçay su anbarından götürülən və burada təmizlənən su Gəncə, Samux və Şəmkir şəhərlərinin böyük hissəsini təmin edəcək:

“Bu gün Gəncə şəhərinin su təminatı, əsasən, Göygöl gölündən təmin edilir. Ancaq 2022-ci ildə Gəncə şəhərinin böyük su təchizatı layihəsi başa çatandan sonra bu şəhər Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun 24 saat fasiləsiz təmiz içməli su ilə məhz Şəmkirçay anbarından götürülən su ilə təmin ediləcək.

Bu layihələr bir daha onu göstərir ki, bizim bütün addımlarımız nəticəyə hesablanıb. Bütün addımlarımız vaxtında atılır. Hər iki böyük su anbarı Azərbaycanda tarixi layihələrdir. Çünki böyük əməktutumlu, maliyyətutumlu layihələrdir. Texniki cəhətdən çox mürəkkəb layihələrdir. Hər iki layihənin də təşəbbüskarı mən olmuşam, layihələrin icrası müddətində dəfələrlə bu işlərlə maraqlanmışam, müvafiq göstərişlər vermişəm, hər iki böyük layihənin açılışında iştirak etmişəm.

Biz bu gün insanları içməli su ilə təmin edirik və edəcəyik. Ölkəmizin əksər şəhərlərinin içməli su problemləri həll olunub, o cümlədən Şəmkir şəhərinin. Verilən məlumata görə, şəhərin kanalizasiya məsələsi də bu ilin sonuna qədər başa çatacaq. Samux şəhərinin də su problemi bu il həll olunacaq. Beləliklə, hələ də təmiz içməli su ilə təmin edilməyən şəhərlərin sayı təqribən 3-5 ətrafındadır. Onlar da maksimum iki il ərzində içməli su ilə təmin ediləcəkdir.

Eyni zamanda, müxtəlif qurumlarla kəndlərin su təminatı təşkil edilir - həm “Azərsu”, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə təmizləyici qurğular hesabına. Bakı şəhərinin su problemləri həllini tapır. Mənə verilən məlumata görə, Bakı əhalisinin 80 faizi bu gün təmiz içməli su ilə davamlı təmin edilir. Bu proses hələ davam etdiriləcək. Ona görə bu layihələrin çox böyük tarixi əhəmiyyəti var. Su həyatdır, təmizlikdir, sağlamlıqdır, inkişafdır. Eyni zamanda, kənd təsərrüfatının inkişafı üçün əsas rol oynayır” - deyə, prezident bildirib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR