Slimfit
  1. MEDİA

Gəncənin baş meydanı bayram libasını geyinib, baharın gəlişini gözləyir

Gəncənin baş meydanı bayram libasını geyinib, baharın gəlişini gözləyir
Sakura

Gəncənin baş meydanı bayram libasını geyinib, baharın gəlişini gözləyir

Gəncənin Heydər Əliyev meydanında “Novruz şəhərciyi” salınıb, hündürlüyü 4,5 metr olan nəhəng səməni quraşdırlıb. Gün ərzində şəhərciyə gələn qonaqları Novruz bayramının əsas atributları olan Kosa, Keçəl və Bahar qızı qarşılayır.

Təşkilati işlər üzrə məsul şəxs Sevinc Hüseynova bildirib ki, bu il digər illərdən fərqli olaraq sakinlər bir çox yeniliklərlə qarşılaşacaqlar: “Şəhərin baş meydanında 10 ədəd evcik qurulub. Burada  müxtəlif yeyinti məhsullarının tanıtımı və satışı həyata keçirilir.  Ərazidə uşaqların asudə vaxtının maraqlı təşkili üçün müxtəlif atraksionlar quraşdırılıb. İlk dəfə olaraq burada paytaxtdan gələn “Manqalçı Evi” təmsil olunur, sakinlərə közdə şabalıd təklif edilir. Martın 5-dən 28-nə qədər hər gün canlı konsertlər təşkil olunacaq.  Şəhərcikdə  gündəlik şou-proqramlar, uduşlu viktorinalar keçirilir. Təşkilatçılar tərəfindən qaliblərə müxtəlif hədiyyələrlə təqdim olunur. Həmçinin, bu il şəhərcikdə milli atributlarla bəzədilən “Novruz Evi” quraşdırlıb. Bu evdə qonaqlarımız milli paltarlarımızı geyinərək nağıl qəhrəmanları ilə birlikdə şəkil çəkdirə , “Face Art” xidmətindən istifadə edə bilərlər”.

Novruz şəhərciyində Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə musiqili proqramlar təqdim olunur. Konsert proqramları hər gün saat 18:00-dan başlayır. Konsertdə əsasən Gəncə Dövlət Filarmoniyasının kollektivi, şəhərdə fəaliyyət göstərən musiqi məktəblərinin ansambılları, Gəncə Musiqi Kollecinin istedadlı tələbələri iştirak edirlər. Bunlarla yanaşı Gəncə Dövlət Dram və Kukla Teatrları kollektivlərinin də çıxışları olur.

Qeyd edək ki, “Novruz şəhərciyi” Azərbyacan Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gəncə Regional Mədəniyyət  idarəsinin və “Gənclənd” Ailəvi-istirahət kompleksinin təşkilatçılığı ilə salınıb.

Məlumat üçün bildirək ki, mart ayının 19-da, yəni ilaxır çərşənbədə əsas meydanda möhtəşəm tonqal qalanacaq, martın 21-də isə Bakıdan dəvət olunan müğənnilərin iştirakı ilə konsert proqramı təşkil ediləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR