Slimfit
  1. AZƏRBAYCAN

Gəncədən Gürcüstan sərhədinə qədər olan yol dörd zolaqlı olacaq - Prezident açıqladı

Gəncədən Gürcüstan sərhədinə qədər olan yol dörd zolaqlı olacaq - Prezident açıqladı
Sakura

“Bu il ən azı 1000 kilometr yeni yol salınacaqdır"

“Keçən il 2 min kilometr avtomobil yolu salınıb. Bu, rekord göstəricidir”.

Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Dövlət başçısı qeyd edib ki, ümumilikdə isə 2004-cü ildən bu günə qədər 15 min kilometr avtomobil yolu salınıb: “Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarında yol infrastrukturunun keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir. Biz inkişaf etmiş bir çox ölkələri də qabaqlayırıq və bu proses davam etdiriləcək. Keçən il 920 kəndin yol infrastrukturu yaxşılaşıb, yeni yollar salınıb. Bu yaşayış məntəqələrində 2,2 milyon insan yaşayır. Yəni, 2,2 milyon insanın yol problemi həll olunub. Bildiyiniz kimi, bu, eyni zamanda, iqtisadi amildir. Çünki yol olan yerdə kənd təsərrüfatının inkişafı da sürətlənir, yol olan yerdə sosial məsələlər də öz həllini tapır, o cümlədən xəstəxanalara insanlar daha da tez çata bilirlər. Yəni, bunun çox böyük əhəmiyyəti var”.

Prezident İlham Əliyev əlavə edib ki, bu il investisiya proqramında yol tikintisi üçün kifayət qədər vəsait nəzərdə tutulub.

“Bu il ən azı, hələlik ən azı 1000 kilometr yeni yol salınacaqdır. Onların arasında əlbəttə ki, yüzlərlə kənd yolları var, eyni zamanda, magistral yolların tikintisinin davam etdirilməsi layihələri var, o cümlədən Astara-İran sərhədi yolu. Çünki biz Bakıdan Astaraya qədər yeni yol salmışıq. Çox gözəl yoldur və məsafəni də təqribən 40 kilometr qısaldır. Eyni zamanda, bu magistral yol şəhərlərə girmədən gedir və hər bir şəhərə ayrıca giriş nəzərdə tutulubdur. Ancaq Astara şəhərindən İran sərhədinə qədər yol yoxdur, yol şəhərin içindən keçir. Ona görə biz bu layihəni də icra edəcəyik. Plana görə, bu ilin sonunadək Astaradan İran sərhədinə qədər yeni dördzolaqlı yol çəkiləcək və beləliklə, yük maşınları Astara şəhərinə girmədən, vətəndaşları narahat etmədən sərhədə qədər gedə biləcək”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, bu il yeni Sumqayıt-Rusiya sərhədi yolunun tikintisi üçün də böyük vəsait nəzərdə tutulub: “Bu, sahil boyu ilə Rusiya sərhədinə gedən tamamilə yeni bir yoldur. Beləliklə, həm Rusiya sərhədinə gedən ikinci yolumuz olacaq, eyni zamanda, çox keyfiyyətli yol olacaq. Bununla yanaşı, bu günə qədər boş qalan torpaqlarda canlanma olacaqdır. Çünki bu ərazilər istifadəsiz qalmışdı. İndi o ərazilərdə kənd təsərrüfatının inkişafı üçün müxtəlif layihələr icra edilir. O cümlədən Taxtakörpü su anbarı və Ceyranbatana qədər gələn kanal da əlbəttə ki, o torpaqlara suyun verilməsini təmin edir. Sumqayıt-Rusiya sərhədi yolunun böyük hissəsi bu il icra edilməlidir. Natamam qalmış Bakı-Gürcüstan sərhədi yolu. Gəncə şəhərinə qədər dördzolaqlı yol salınıb və Gəncədən Gürcüstan sərhədinə qədər ikizolaqlı yolu biz dörd zolağa genişləndirməliyik. Bu məqsədlər üçün də vəsait nəzərdə tutulub. Şəhərlərarası, şəhərlərdaxili və kənd yolları tikiləcək”.

 

Mənbə: Aznews.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR