Slimfit
  1. CƏMİYYƏT

Gəncədə Zəfər Günündə konsert keçirildi - Fotolar

Gəncədə Zəfər Günündə konsert keçirildi - Fotolar
Sakura

Gəncədə Zəfər Günündə konsert keçirildi - Fotolar

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Meydanında 8 Noyabr - Zəfər Günü ilə bağlı konsert proqramı baş tutub.

“Ens.Az” xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze və şəhər ictimaiyyəti iştirak edib.

Tədbirdə qeyd olunub ki, 27 sentyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan, Azərbaycan xalqının Vətən müharibəsinə çevrilən “Dəmir yumruq” əməliyyatında qazanılan tarixi zəfər bu qələbələrin ən ali zirvəsi olub. 2023-cü il sentyabr ayının 19-a Qarabağda keçirilən lokal xarakterli anti-terror əməliyyatları ilə burada olan erməni silahlı birləşmələri əzəli və əbədi, tarixi Azərbaycan torpaqlarından tamamilə çıxarılıb. Bununla da, Azərbaycanın dövlət suverenliyi bərpa edilib. Artıq, Azərbaycan dövlət bayrağı respublikamızın bütün bölgələrində qürurla dalğalanır.

Daha sonra F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistləri, Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı, Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçılar ansamblı, “Xəmsə” Uşaq Rəqs Ansamblı, Yüksəl Əlizadə adına Akustik Musiqi və İncəsənət Mərkəzinin Ansamblı, həmçinin Xalq artistləri Şahnaz Haşımova, Heydər Anatollu və şəhərin digər incəsənət xadimləri tərəfindən konsert proqramı təqdim edilib. Konsert proqramında müğənnilərin ifasında vətənpərvər ruhda bir-birindən şən mahlılar səsləndirilib.

Konsert proqramının sonunda yeddi dəqiqəlik möhtəşəm atəşfəşanlıq olub.

 

 






Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR