Dərc edildi: Baxış sayı: 534
Gəncədə yaşayış binasında partlayış olub
Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı ölən və yaralanan şəxsin adı məlum olub olub.
"Report"un Qərb bürosu xəbər verir ki, dağıntılar altından hələlik bir nəfərin meyiti çıxarılıb. Bu, 1994-cü il təvəllüdlü Cumal Taleh oğlu Cumalzadədir. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib.
Dağıntılar altından çıxarılan yaralı, 1997-ci il təvəllüdlü Orxan Oktay oğlu Məmmədov xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət