Dərc edildi: Baxış sayı: 691
Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb
Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.
Ens.az Report.az-a istinadən xəbər verir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanaya 83 nəfər, Z.Məmmədov adına 3 nömrəli Xəstəxanaya isə 13 nəfər yerləşdirilib. Digər doqquz zərərçəkən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.
Əlavə məlumat veriləcək.
Faktla bağlı araşdırma davam etdirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət