Slimfit
  1. CƏMİYYƏT

Gəncədə valideyin məktəb direktorunu məhkəməyə verdi

Gəncədə valideyin məktəb direktorunu məhkəməyə verdi
Sakura

Gəncədə valideyin məktəb direktorunu məhkəməyə verdi

Gəncə şəhər 3 nömrəli tam orta məktəbin direktoru Vüsalə Səfərova valideynin iddiası əsasında məhkəməyə cəlb edilib.

Belə ki, övladlarının təhsili ilə maraqlanmaqda süni əngəllər yaşayan Hüseynov Rauf Nizami oğlu direktor Səfərova Vüsalə Ələddin qızına qarşı “şərəf və ləyaqətin müdafiəsi, işgüzar nüfuzun müdafiəsi" tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinə müraciət edib. Məhkəmə işi icraata qəbul edib və iş baxılması üçün hakim Vəli Abdullayevin icraatındadır.

"ENS.AZ" bu barədə iddiaçının özü ilə əlaqə yarada bilib. Adıçəkilən valideynin iddiasına görə, artıq iki ildir ki, məktəb direktorunun qanunsuz hərəkətlərindən aidiyyatı qurumlara şikayətlər etsə də baxılmayıb və bu səbəbdən hüquqları pozulmaqda olan Rauf Hüseynov məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.

Şikayətçinin dediyinə görə, direktor öz hərəkət və hərəkətsizlikləri nəticəsində onu təhqir edib, övladlarının tədris prosesi ilə yaxından iştirakına maneələr yaratmaq məqsədilə barəsində həqiqətə uyğun olmayan məlumatlar yayıb.

İddiaçı valideynin dediklərinə aydınlıq gətirmək məqsədilə direktorla əlaqə saxlamaq cəhdlərimiz isə uğursuz alınıb.

Xatırladaq ki, məhkəmə prosesinə hazırlıq iclası aprelin 27-də keçiriləcək. ENS.AZ olaraq qarşı tərəfin söz haqqını tanıyırıq!

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR