Gəncədə tənha ahıl şəxslərə və aztəminatlı ailələrə yardımlar davam edir
Nazirlər Kabineti yanında operativ qərargahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq, yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq, Gəncədə tənha yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə yardımlar davam edir.
Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşan yardım aksiyasına qoşulanların sayı isə günbəgün artır. Növbəti dəstək Gəncə Şəhər Kəpəz Rayon Bələdiyyəsinin təşkilatçılığı ilə “İmpuls-AR” şirkətinin rəhbərləri Şahin Ələkbərov və Alik Həsənov tərəfindən gəlib.
Belə ki, Şahin Ələkbərov və Alik Həsənov tənha yaşayan ahıllara və aztəminatlı ailələrə baş çəkib, onlara ərzaq bağlamaları təqdim ediblər.
Aksiyada Gəncə Şəhər Kəpəz Rayon Bələdiyyəsinin üzvləri də yaxından iştirak ediblər. Sözügedən şəxslərlə profilaktik söhbətlər də aparılıb, xüsusi karantin rejimi qaydalarına əməl etməyin vacibliyi bir daha xatırladılıb.
Bu təşəbbüsü minnətdarlıq hissi ilə qarşılayan insanlar göstərdikləri diqqət və qayğıya görə ölkə rəhbərliyinə və aksiya nümayəndələrinə öz təşəkkürlərini bildiriblər.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət