Slimfit
  1. AZƏRBAYCAN

Gəncədə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin müraciətləri dinlənilib

Gəncədə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin müraciətləri dinlənilib
Sakura

Gəncədə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin müraciətləri dinlənilib

Gəncə Şəhər İcra Hakimiyyətində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşün keçirilməsində məqsəd şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin təklif və şikayətlərinə baxılması, onların ehtiyaclarının təmin edilməsi olub.

İcra hakimiyyətinin başçısı Niyazi Bayramov Prezident İlham Əliyevin Fərmanına əsasən şəhid ailələrinin hər birinə 11000 manat məbləğində birdəfəlik ödəmənin verilməsini onların sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəldiyini bildirib, bu insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb.

Sonra şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin müraciətləri dinlənilib. İşlə təminat, sanatoriyalara göndərişlərin verilməsi, müalicəyə ehtiyacı olanların həkim nəzarətinə götürülməsi, qəzalı evlərin təmiri kimi məsələlər səslənən müraciətlərin əsasını təşkil edib. Görüşdə su, qaz və elektrik enerjisi təminatı ilə bağlı şikayətlər də olub.

Səsləndirilən problemlərin bir çoxunun dərhal həll edilməsi, digərlərinin isə araşdırılaraq aradan qaldırılması istiqamətində aidiyyatı qurum və təşkilatlara müvafiq tapşırıqlar verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR