Gəncədə rus icmasının aztəminatlı üzvlərinə yardım paylanılıb
Nizami Rayon Bələdiyyəsi Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulub. Belə ki, Pasxa bayramı müansibətilə Gəncə və Qərb Regionu Üzrə Rus İcmasının aztəmantlı üzvlərinə ərzaq yardımı edilib. Nizami Rayon Bələdiyyəsinin üzvləri büdcə gəlirləri aşağı olan ailələrə və yaşı 65-dən yuxarı tənha ahıl icma üzvlərinin evlərinə baş çəkib, onlara ərzaq bağlamaları təqdim edib, profilaktik söhbətlər aparıblar.
Gəncədə tənha yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə yardımlar Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq həyata keçirilir.
«Yeni növ koronavirusun (COVID-19) ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində görülən işlər məhz vətəndaşların rifahı və mənafeyi üçün olduğunu bir daha təsdiq edir. Dövlət başçısının «Biz birlikdə güclüyük” çağırışı hər birimiz üçün örnəkdir. Cənab İlham Əliyevin bu sahədə apardığı tədbirlərə dəstək məqsədi ilə Respublikamızın hər yerində xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində bir çox aztəminatlı ailəyə, o cümlədən yaşı 65-dən yuxarı olan tənha ahıl şəxslərə yardımlar edilir. Biz də Gəncə Şəhər Nizami Rayon Bələdiyyəsi olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbüsünə qoşulduq».
Qeyd edək ki, yardımlar bundan sonra da davam etdiriləcək.
Mənbə: genceninsesi.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox