Dərc edildi: Baxış sayı: 485
Gəncədə polis yaşlı qadına kömək etdi
Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları sərt karantin rejimi ilə əlaqədar olaraq şəhərin inzibati ərazisində xidmət apararkən bir nəfər yaşlı qadının yaşayış yerini icazəsiz tərk etdiyini müəyyən edib.
Ens.az xəbər verir ki,Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal vətəndaşa yaxınlaşaraq koronavirus pandemiyası və ölkə ərazisində tətbiq edilən karantin rejim barədə məlumat veriblər.
Şəhər sakini bildirib ki, səhhəti ilə bağlı dərman almaq üçün çıxıb. Polis əməkdaşları vətəndaşı evinə qaytararaq, ona lazım dərman preparatlarını təmin ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət