Slimfit
  1. MEDİA

Gəncədə polis serjantına mənzil təqdim olunub

Gəncədə polis serjantına mənzil təqdim olunub
Sakura

Gəncədə polis serjantına mənzil təqdim olunub

Azərbaycan polisinin yaranmasının 103-cü il dönümü münasibətilə Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz Rayon İdarəsinin əməkdaşı, polis serjantı Hüseynov Kürdoğlu Xəlifə oğluna mənzil təqdim olunub. Təqdimat mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyev və digər hüquq mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, Azərbaycan polisi 103 il müddətində şərəfli bir yol keçərək, Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edib, dövlətçiliyin əsas sütunlarından birinə çevrilib. Həmçinin bildirilib ki, ölkədə asayişin qorunması istiqamətində var gücü ilə çalışan DİN işçiləri dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.

2009-cu ildən hüquq mühafizə orqanlarında xidmət edən polis serjantı Kürdoğlu Hüseynov, uzun illərdir kirayədə yaşadığını qeyd edərək, ona göstərilən diqqətə görə dövlət başçısı Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya və şəhər rəhbərliyinə öz minnətdarlığını bildirib.

Qeyd edək ki, Hüseynov Kürdoğlu Xəlifə oğlu Kəlbəcər rayonundan məcburi köçkündür. Onun qardaşı Hüseynov Mirzə Xəlifə oğlu Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub.

 

--
Hörmətlə, Gəncə Şəhər İcra Hakimiyyəti 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR