Slimfit
  1. MEDİA

Gəncədə partlayış nəticəsində evsiz qalmış sakinlərə yeni mənzillər təqdim edilib

Gəncədə partlayış nəticəsində evsiz qalmış sakinlərə yeni mənzillər təqdim edilib
Sakura

Gəncədə partlayış nəticəsində evsiz qalmış sakinlərə yeni mənzillər təqdim edilib

Gəncədə 2018-ci ilin noyabrın 20-sində partlayış nəticəsində yararsız hala düşən binanın sakinləri yeni mənzillərlə təmin olunublar. Bu gün mənzillərin açarları ev sahiblərinə təqdim edilib. 

Mənzillərin açarları ev sahiblərinə Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və Gəncə Şəhər İcra Hakimiyyətinin Təsərrüfat işləri üzrə müavin səlahiyyətlərini icra edən Kamran Məhərrəmov tərəfindən təqdim olunub.

Təqdimetmə mərasimində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev bildirib ki, yeni yaşayış binası Prezident İlham Əliyevin tapşırığına əsasən inşa edilib. Bununla əlaqədar olaraq dövlət başçısı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər daim ölkə rəhbərinin nəzarətində olub. 

Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev bildirib ki, inşa edilən 5 mərtəbəli yaşayış binası  iki blokdan ibarət olmaqla, ümumi sahəsi 4 570 kvadratmetdir. Sakinlərə təhvil verilən mənzillər tam təmirlidirlər. Əraziyə işıq, qaz və su xətləri çəkilib, mənzillərdə kombi sistemi qurulub. 

Mənzillərinə qovuşan bina sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. 

Bina sakinlərindən Atakişiyev Elvin qeyd edib ki, daim dövlətin qayğısını öz üzərlərində hiss ediblər: “Hələ il yarım əvvəl eşidəndə ki, biz yeni mənzillərlə təmin olunacağıq, çox sevindik. Keçən bu müddət ərzində dövlətimiz bizi tək qoymadı. Kirayədə qalırdıq. Hər ay mənzil kirayəsini ödəmək üçün lazım olan vəsait hesabımıza köçürülürdü. Bu gün isə mənzillərimizin açarları bizə təqdim olundu. Bu bizi çox sevindirir. Dövlətimizə minnətdarıq”.  

Burada yaşayan Abbasov Ceyhun bildirib ki, yeni inşa olunan binadan çox razıdırlar: “Məzillərimiz tam təmirlidir. Binanın yaxınlığında “xeyir-şər” mağarı inşa edilib, ətrafı abadlaşdırılıb. Burada çalışanlar çox əziyyət çəkiblər. Binanın inşasında əməyi keçən hər kəsə təşəkkür edirik. Ölkə başçısı da sağ olsun ki, bu məsələni diqqətdə saxladı və mənzillərimiz bizə təhvil verildi”. 

Xatırladaq ki, 2018-ci ilin noyabrın 20-si səhər saatlarında Şahlar Hüseynov küçəsində yerləşən binada qaz sızması nəticəsində partlayış olub.

Nəticədə binanın 3-cü blokunun bir hissəsi çöküb. Hadisə zamanı 1994-cü il təvəllüdlü Cumal Taleh oğlu Cumalzadə, 1971-ci il təvəllüdlü Nigar Tağı qızı Tağıyeva və onun oğlu 1994-cü il təvəllüdlü Hüseyn Oktay oğlu Heydərov dağıntılar altında qalaraq dünyasını dəyişib. Daha bir nəfər, 1997-ci il təvəllüdlü Orxan Oktay oğlu Məmmədov isə yaralanıb. Bina yararsız hala düşdüyündən sökülərək yerində yeni bir yaşayış binasının inşa edilməsi qərarı verilib. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR