Gəncədə ‘Narkomaniya ümumbəşəri bəladır’ adlı maarifləndirici tədbir keçirilib
Gəncə şəhər Səməd Vurğun adına 41 nömrəli tam orta məktəbdə“Narkomaniya ümumbəşəri bəladır” adlı maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onların belə vərdişlərdən uzaq durmaları, savadlı, vətənpərvər olmaları, sağlamlıqlarını qorumaları barədə maarifləndirməkdən ibarət olub.
Tədbirdə Gəncə şəhər Təhsil İdarəsinin nümayəndələri, şəhər Baş Polis İdarəsinin əməkdaşları, şagirdlər, müəllimlər və valideynlər iştirak ediblər.
Tədbirdə narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olmasından danışılıb, narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlarından geniş bəhs edilib. Bildirilib ki, narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, ictimai təşkilatlar, ictimaiyyət nümayəndələri, təhsil işçiləri və valideynlər birgə mübarizə aparmalı, bu mövzuda vaxtaşırı olaraq maarifləndirici tədbirlər keçirilməlidir.Narkomaniya gənclərin cəlb olunmaması ilə hər kəs mübarizə aparmalı, hüquq-mühafizə orqanlarının bu istiqamətdə həyata keçirtdikləri qabaqlayıcı tədbirlərdə yaxından iştirak etməlidir.
Daha sonra məktəblilərin ifasında təşkil olunmuş "Narkomaniyaya yox deyək" başlığı altında videoçarx və bədii kompozisiya nümayiş olunub.
Görüş məktəblilərin sual cavabları ilə diskusiya şəkilində sona çatıb.
Mənbə: Gəncəninsəsi.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət