Slimfit
  1. CƏMİYYƏT

Gəncədə kafeyə qumbara atılıb: DİN-dən AÇIQLAMA

Gəncədə kafeyə qumbara atılıb: DİN-dən AÇIQLAMA
Sakura

Gəncədə kafeyə qumbara atılıb: DİN-dən AÇIQLAMA

Gəncədə kafeyə partlayıcı maddə atan şəxslərin axtarışları aparılır.

Bu barədə "Ölkə.az"a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı kapitanı Eşqin Qasımov bildirib.

 

 
Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisindəki kafelərdən birinə partlayıcı maddə atılması barədə məlumat daxil olub. Dərhal Baş Polis İdarəsinin və 2-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə cəlb olunub. Müvafiq araşdırmalar aparılır.

Gəncədə kafeyə qumbara atılıb - FOTO  - YENİLƏNİB

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı əlavə məlumat veriləcək.

***

Gəncədə qumbara partlayıb.

"Ölkə.az" APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.

Sözügedən ünvanda yerləşən kafeyə naməlum şəsx qumbara atıb. Qumbara partlayıb, xöşbəxtlikdən hadisə vaxtı ölən və xəsarət alan olmayıb. İlkin məlumata görə həmin ərazidə dava olub.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

  •  

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR