Slimfit
  1. MARAQLI

Gəncədə girişi 2 manat olan “qeyri-adi toy” keçirildi

Gəncədə girişi 2 manat olan “qeyri-adi toy” keçirildi
Sakura

Gəncədə girişi 2 manat olan “qeyri-adi toy” keçirildi

Ens.az xəbər verir ki, Azərbaycanın ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) xeyriyyə tamaşası göstərməsi üçün səfər etdiyi Gəncə şəhərindən qayıdıb.

Teatr Gəncəlilərə TOY tamaşasını nümayiş etdirib. Tamaşa Art Garden Ganja`da baş tutub. Teatrın səfərinə Art Garden Ganja dəstək verib. Eyni zamanda Khurma Hostel qastrolun texniki dəstəkçisi olub.

Giriş simvolik olaraq 2 AZN müəyyən olunub. Tamaşa zamanı əldə olunan gəlir, Art Garden Ganja tərəfindən Gəncədəki qadın sığınacağına bağışlanıb.

100-ə yaxın tamaşaçının iştirak etdiyi TOY tamaşası Gəncə sakinləri tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, ADO xarici səfərləri ilə yanaşı ölkəmizin bir neçə bölgəsinə də səfər edib. Teatr Biləsuvar, Şəki, Lənkaran, Lerik və.b bölgələrə qastrol səfərləri də edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR