Slimfit
  1. CƏMİYYƏT

Gəncədə gənclər xüsusi karantin rejimini pozdu

Gəncədə gənclər xüsusi karantin rejimini pozdu
Sakura

Gəncədə gənclər xüsusi karantin rejimini pozdu

Gəncədə karantin rejimini pozan gənclər aşkarlanıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

BPİ-nin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərdə xidmət aparan zaman rayonda karantin rejiminə əməl etməyərək, 10 nəfərdən artıq qrup şəklində futbol oynayan yeniyetmə və gəncləri aşkarlayıb.

Polis əməkdaşları onlarla profilaktik söhbət apararaq, karantin rejiminə əməl etməyi, mümkün qədər evdən çıxmamağı tövsiyə edib və bildirib ki, bütün bu tələblər vətəndaşların sağlamlığının qorunması üçündür.

Daha sonra həmin şəxslər ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR