Slimfit
  1. AZƏRBAYCAN

Gəncədə dəfn olunan ispan pilotlar

Gəncədə dəfn olunan ispan pilotlar
Sakura

Gəncədə dəfn olunan ispan pilotlar

Avropanı qəfil bürüyən faşizm dalğası İspaniyada da yayılmağa başlamışdı. 1936-cı ildən bu ölkədə başlayan vətəndaş müharibəsində Respublika quruluşunu müdafiə edən qüvvələrə SSRİ dəstək verir di. Bu baxımdan keçmiş Sovet ölkələrində ispanlar üçün bır sıra hərbi hazırlıq məktəbləri açılmışdı. Həmin vaxt Azərbaycanda iki - Bakı və Gəncə şəhərlərində Hərbi Pilot Məktəbi açılıb.    

1937-ci ilin fevralında 193 ispan kursant Gəncədə açılan 20 saylı Hərbi Pilot Məktəbində təlimlərə başlayıb. Məktəbdə təlimlərə nəzərəti isə Sovet İttifaqı Qəhrəmanı Ernest Şaxta tapşırılıb.

Hərbi Pilot Məktəbində 1936 - 1939-cu illər ərzində 200 nəfərədək ispan kursant təyyarəçi kimi yetişib.

1936-cı ildə faşistlər İspaniyada hakimiyyəti ələ aldıqdan sonra ispan təyyarəçilərin bir hissəsi SSRİ-də qalıb və Böyük Vətən Müharibəsi cəbhələrində vuruşublar. 

Sovet Ordusunda xidmət edən ispan pilotlar Moskva, Odessa, Stalinqrad ilə yanaşı, Bakının hava hücumundan müdafiəsində də iştirak edib və onlardan 25 nəfəri döyüş şəraitində həlak olub.0

1937-1939-cu illərdə hərbi təlimlərdə dünyasını dəyişən ispan kursantlar və onların təlimçiləriGəncə şəhər Fəxri Xiyabanında, İkinci Dünya müharibəsində hava hücumundan müdafiə zamanı həlak olan pilotlar isə Bakıda dəfn olunublar.

Gəncə şəhər sakini, 98 yaşlı Tofiq Hüseynov ispaniyalı pilotlarıla birgə oxuyub. 

O, bildirib ki, həmin ispanlar indiki 30 nömrəli məktəbdə məskunlaşıblar: "İspan pilotlarlaa İvanovun (Polkovnik Leonit Vasileviç İvanov) rəhbərlik etdiyi Hərbi Pilotməktəbində oxuyan zaman tanış olmuşdum. Çox mehriaban və qayğıkeş insanlar idilər.Gəncə şəhərinə gəzintidə olan zaman qarşılarına çıxan uşaqlara hədiyyə alır, öz forma və papaqlarını, kitablarını hədiyyə edirdilər. Azərbaycan dilini öyrənməyə can atırdılar. Əsas ünsiyyət dilimiz isə rus dili idi. Təlimlər zamanı dünyasını dəyişənləri böyük hörmətlə Gəncə şəhərində, köhnə qəbrstanlıqda dəfn etdilər. Bir müddətdən sonra isə həmin qəbrlər indiki Gəncə şəhərinin Fəxri Xiyabanına daşındı və orada dəfn edildi. Orada gözəl bir qardaşlıq məzarı yaradılıb". 

İsapan pilotlarının xatirəsinəGəncə şəhər 30 saylı Orta Məktəbdə yaradılan “İspan təyyarəçilərin xatirə muzeyi”dir. Burada fotosənədlər, müxtəlif eksponatlar, kursantların və təlimatçıların təlimlərdə istifadə etdiyi hərbi geyim və təyyarə modelləri, həmçinin onlardan bəhs edən qəzet yazıları var.

Qeyd edək ki, Azərbaycanın İspaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə 1936-1939-cu illərdə bu ölkədə vətəndaş müharibəsi zamanı Azərbaycanda təhsil almış gənc pilotlara həsr edilmiş “Azərbaycan səmasında” sənədli filmi də çəkilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR