Slimfit
  1. CƏMİYYƏT

Gəncədə antisanitar şəraitdə fəaliyyət göstərən quş kəsimi sexi aşkarlandı

Gəncədə antisanitar şəraitdə fəaliyyət göstərən quş kəsimi sexi aşkarlandı
Sakura

Gəncədə antisanitar şəraitdə fəaliyyət göstərən quş kəsimi sexi aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən Gəncə şəhəri, Gülüstan qəsəbəsi AKTA-6 ərazisində yerləşən fiziki şəxs Mirzəyeva Səbinə İbiş qızına məxsus quş kəsimi sexinə baxış keçirilib.

Agentlikdən Lent.az -a verilən məlumata görə, baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, sexdə texniki-normativ tələblərə və baytarlıq-sanitariya qaydalarına riayət edilmədiyi aşkarlanıb.

Məlum olub ki, sexin ərazisinə daxil olan quşlar baytarlıq müayinəsindən keçirilmir, quş ətinin orqanoleptik qiymətləndirilməsi aparılmır. Eyni zamanda sexdə quş ətinin emalı və saxlanılması qida təhlükəsizliyi tələblərinə uyğun həyata keçirilmir.

 

Aşkar olunan faktlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR