Gəncədə 9 may – “Qələbə günü” qeyd olunub
Gəncədə faşizm üzərində qələbənin 74-cü il dönümü qeyd olunub. Tədbir “Xan bağı”nda – ilk azərbaycanlı Sovet İttiafqı Qəhrəmanı İsrafil Məmmədovun məzarüstü abidəsi önündə gerçəkləşib. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Böyük Vətən Müharibəsi işitirakçıları, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ilk azərbaycanlı Sovet İttiafqı Qəhrəmanı İsrafil Məmmədovun məzarüstü abidəsi önünə əklil qoyub. Böyük Vətən Müharibəsində, eləcə də Azərbaycanın suverenliyi, istiqlaliyyəti, ərazi bütövlüyü uğrunda həlak olan həmvətənlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Hərbi Orkestrın ifasında Azərbaycan Resublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə qeyd olunub ki, Azərbaycan xalqı Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir. Böyük Vətən Müharibəsi iştirakçıları, o cümlədən bütün veteranlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Bu gün Gəncədə 7 Böyük Vətən Müharibəsi iştirakçısı yaşayır. Arxa cəbhə iştirakçılarının sayı 58, Böyük Vətən Müharibəsi iştirakçılarının dul xanımlarının sayı isə 72-dir.
Tədbirdə Gəncə Dövlət Dram Teatrının aktyorlarının ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Daha sonra Hərbi Orkestrın müşayətilə hərbiçilər və gənc “Şahinlər”in təntənəli keçidi baş tutub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov veteranlar və ilk azərbaycanlı Sovet İttiafqı Qəhrəmanı İsrafil Məmmədovun ailə üzvləri ilə görüşüb, onları Qələbə günü münasibətilə təbrik edib. Söhbət çay süfrəsi arxasında davam edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət