Slimfit
  1. CƏMİYYƏT

Gəncədə 2 000-dən çox vətəndaşın giriş-çıxışına icazə verilməyib

Gəncədə 2 000-dən çox vətəndaşın giriş-çıxışına icazə verilməyib
Sakura
:0

Gəncədə 2 000-dən çox vətəndaşın giriş-çıxışına icazə verilməyib

Gəncə şəhərində giriş-çıxış postlarında xidmət davam etdirilir. 

Bu barədə "Report"un Qərb Mərkəzinə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırılıb.

Bu baxımdan Gəncəyə digər şəhər və rayonlardan gələn vətəndaşlara məhdudiyyətlər yaranıb. Belə ki, xüsusi karantin rejimi dövründə qurulan polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı qaydasına əsasən Gəncə şəhərinə yalnız operativ nəqliyyat vasitələri, "Azərpoçt" MMC-yə məxsus olan avtomobillərin sürücüləri və aidiyyəti sərnişinləri, yük daşıyan avtomobillərin sürücüləri və aidiyyəti sərnişinləri, təcili tibbi zərurətlə əlaqədar şəhərə gələn şəxslər və onlar ilə gələn ailə üzvləri (2 nəfərdən çox olmamaqla), Gəncədə yaşayan yaxın qohumu ölmüş şəxslər və qaydada göstərilən digər tələblərə cavab verən şəxslər istisna olmaqla vətəndaşların şəhərə girişi məhdudlaşdırılıb. 

Onlara xüsusi karantin rejiminin tələbləri barədə məlumat verilərək, zəruriyyət olmadan evdən çıxmamaq tövsiyə olunub. Gəncəni tərk etmək istəyən yerli sakinlərə də qeyd edilən istisnalar olmadıqda şəhərdən çıxışa icazə verilməyib.

Qeyd edək ki, məhdudlaşma tətbiq edilən gündən indiyə qədər ümumilikdə 2 000-dən çox vətəndaşın şəhərə giriş-çıxışına icazə verilməyib. 

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları xüsusi karantin rejiminin tələbləri ilə bağlı gücləndirilmiş iş rejimində çalışaraq iaşə müəssisələrinin müştərilərə yerində xidmət göstərməməsi, yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxmaması və digər zəruri tələblərin icrasına bundan sonra da nəzarət edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR