Slimfit
  1. İQTİSADİYYAT

Gəncədə 100 kq yararsız ətin satış şəbəkəsinə daxil olmasının qarşısı alınıb

Gəncədə 100 kq yararsız ətin satış şəbəkəsinə daxil olmasının qarşısı alınıb
Sakura

Gəncədə 100 kq yararsız ətin satış şəbəkəsinə daxil olmasının qarşısı alınıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının birgə həyata keçirdiyi monitorinq zamanı Gəncə şəhəri ərazisində Kazımov Babək Vilayəddin oğluna məxsus 20-DN-525 dövlət qeydiyyat nömrə nişanlı avtomobildə 100 kq istehlaka yararsız ət aşkar olunub.

AQTA-dan Trend-ə verilən məlumata görə, vətəndaşa məxsus avtomobilə baxış zamanı avtomobilin yük yerində 1 baş iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb. İlkin baxış zamanı ətin heç bir mənşə sənədi olmadığı, orqonoleptik göstəricilərinə görə, ətin qansızlaşdırılmasının düzgün aparılmadığı müəyyən edilib.

Ümumi çəkisi 100 kq olan, insan istehlakı üçün istifadəyə yararsız, mənşəyi məlum olmayan ətin ölmüş heyvana məxsus olduğu ehtimal edilərək ondan nümunələr götürülüb və məhv edilməsi üçün zəruri tədbirlər görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

 

Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR