Slimfit
  1. MEDİA

Gəncədə 10 mindən artıq ağac əkilib

Gəncədə 10 mindən artıq ağac əkilib
Sakura

Gəncədə 10 mindən artıq ağac əkilib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın görkəmli mütəfəkkir, şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində Gəncədə ağacəkmə aksiyası keçirilib. “Təbiətə öz töhfəni ver” devizi altında keçirilən aksiya zamanı Gəncədə 10 mindən artıq ağac əkilib. 

Ağacəkmə aksiyasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev, Millət vəkilləri Naqif Həmzəyev və Pərvin Kərimzadə, Gəncədə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, hüquq mühafizə orqanlarının nümayəndələri, habelə tələbə gənclər iştirak ediblər. Heydər Əliyev park-kompleksinin ərazisində və Nizami Gəncəvinin məğbərəsi ətrafında 10 mindən artıq Eldar şamı və dekorativ ağaclar əkilib.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu il Nəsimi ili elan olunub. Nəsimi ili çərçivəsində Respublika ərazisində müxtəlif tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü keçirilən ən böyük tədbirlərdən biridir. “Respublikanın bütün bölgələri bu aksiyaya qoşulub. Bu gün ərzində 650 mindən çox ağacın əkilməsi nəzərdə tutulsa da, bizim hesablamalarımıza görə bu say daha çox olacaq”, - deyə nazir müavini qeyd edib.

Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü aksiya iştirakçıları tərəfindən müsbət qarşılanıb. Millət vəkili Pərvin Kərimzadə qeyd edib ki, bu təşəbbüsün çox böyük əhəmiyyəti var: “Kütləvi şəkildə keçirilən bu aksiya həm görkəmli mütəfəkkir, şair İmadəddin Nəsimi irsinin təbliği, dünyada tanıdılması, həm də ətraf mühitin yaşıllaşdırılması baxımından olduqca əhəmiyyətlidir”.

Aksiyada tələbə gənclər də böyük həvəslə iştirak ediblər. Azərbaycan Texnologiya Universitetinin tələbəsi Hüseyin Bədəlov: “Ətraf mühiti qorumaq və onu yaşıllaşdırmaq hər bir vətəndaşın mənəvi borcudur. Bu gün  bir gənc olaraq mən də təbiətə öz töhfəmi verərək ağacəkmə aksiyasında iştirak etdim və bununla fəxr edirəm”.

Gəncə Dövlət Universitetinin tələbəsi Arif Ənnəğıyev: “Bu gözəl təşəbbüsün iştirakçısı olmaq bizi sevindirir. Bu gün əkilən ağaclar həm şəhərimizin yaşıllaşmasına xidmət edəcək, həm də oksigen ehtiyatının artmasına töhfə olacaq”.

Aksiya zamanı Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistlərinin ifasənda  ifasında müxtəlif musiqi parçaları səsləndirilib,  Gəncə Dövlət Dram Teatrı kollektivinin  təqdimatında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR