Slimfit
  1. MEDİA

Gəncə Zəfər Gününə hazırlaşır

Gəncə Zəfər Gününə hazırlaşır
Sakura

Gəncə Zəfər Gününə hazırlaşır

Torpaq, su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olur deyirlər. Bəli, hamımız bu ifadəni eşitmişdik, lakin hiss etməmişdik. Biz bunu 44 gün boyunca Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun bizə bəxş etdiyi Şanlı Qələbəmizə gedən yolda hiss etdik. Məhz Ali Baş Komandanın qətiyyəti, Ordumuzun rəşadəti və şəhidlərimizin qanı hesabına bu gün Zəfər tariximiz əbədi olaraq yaddaşlarımıza həkk olundu. 

Artıq Zəfər Günümüzün ilk ildönümünə sayılı saatlar qalıb. Bununla əlaqədar olaraq Respublikanın hər bölgəsində olduğu kimi, Gəncə şəhərində də xüsusi hazırlıqlar gedir. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən təsdiq olunmuş müvafiq Tədbirlər Planına uyğun olaraq  şəhərin bayramsayağı tərtibatı həyata keçirilir. 

Bununla yanaşı, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin “İstiqlal” parkında şəhidlərimizin xatirəsinə həsr olunmuş “Memorial-Abidə Kompleksi” inşa edilib. 8 Noyabr tarixində kompleksin açılış mərasimi baş tutacaqdır. 

Onu da qeyd edək ki, Vətən Müharibəsinin birinci ildönümünün qeyd olunması ilə əlaqədar Gəncədə silsilə tədbirlər keçirilir. Silsilə tədbirlərin davamı olaraq noyabrın 8-də ümumşəhər tədbiri gerçəkləşəcəkdir. Eyni zamanda, Heydər Əliyev Park Kompleksində Vətən müharibəsində həlak olmuş şəhidilərimizin xatirəsinə ağacəkmə aksiyası keçiriləckdir.  Sonda Heydər Əliyev adına Meydanda Zəfər Gününə həsr olunmuş atəşfəşanlıq təşkil olunacaqdır. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR