Slimfit
  1. TARİX

Gəncə və Goranboydakı qədim kurqanlar xarici alimlərlə birgə araşdırılacaq

Gəncə və Goranboydakı qədim kurqanlar xarici alimlərlə birgə araşdırılacaq
Sakura

Gəncə və Goranboyda aşkar edilmiş ilk tunc dövrünə aid kurqanlar Azərbaycan, italyan, alman və fransız…

Gəncə və Goranboyda aşkar edilmiş ilk tunc dövrünə aid kurqanlar Azərbaycan, italyan, alman və fransız alimlərlə birgə araşdırılacaq.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, iyunun 11-dən etibarən Gəncə və Goranboy ərazisində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovun və Florensiyadakı (İtaliya) Lorenzo de` Medici Beynəlxalq İtaliya İnstitutunun Dini tədqiqatlar departamentinin (SoRS/School of Religious Studies) müdiri, professor Nikola Lanerinin həmrəhbəri olduqları Azərbaycan-İtaliya Beynəlxalq arxeoloji ekspedisiyası tədqiqatlara başlayıb. Beynəlxalq ekspedisiyanın tərkibinə İtaliyanın Qədim Aralıq Dənizi Hövzəsi və Yaxın Şərq Tədqiqatı Mərkəzinin (CAMNES), həmçinin, müxtəlif arxeometrik sahələr üzrə Almaniya və Fransadan olan mütəxəssislər də cəlb edilib. Arxeoloji qazıntıların əsas obyektləri Gəncə şəhəri ətrafındakı son tunc — erkən dəmir dövrünə və Goranboy rayonu Qaradağlı kəndi ərazisində aşkar edilmiş ilk tunc dövrünə aid kurqanlar olub.

Professor Nikola Laneri bildirib ki, Gəncə şəhəri ətrafında hələ 2015-ci ildə Azərbaycan arxeoloqları tərəfindən GPS cihazları ilə qeydə alınmış kurqanların müasir tələblərə uyğun tədqiqi və müfaviq konservasiya durumuna gətirilərək ərazidə kurqanlardan ibarət dünyada ilk dəfə unikal arxeoparkın təşkili tədqiqaların perspektivlərinə daxildir.

 

Həmçinin, Goranboy ərazisində müasir arxeoloji tədqiqatların tələblərinə uyğun olaraq ilk tunc dövrünə aid kollektiv dəfnli kurqanın tədqiqatının ilkin mərhələsi yekunlaşıb.

Bu mərhələ müddətində kurqanın örtüyü xüsusi cihazlarla və qeydiyyat prosedurları ilə tədqiq edilib. Kurqanın örtüyündə Kür-Araz mədəniyyətinin son mərhələsinə aid sallama dəfnlər aşkar edilib. Aşkar edilmiş materialların nümunələri dünyanın aparıcı laboratoriyalarında müxtəlif istiqamətli analizlərə təqdim ediləcəklər. Kurqan örtüyü altında aşkar edilmiş kollektiv dəfnli kameranın (“kurqanaltı sərdabə”) xüsusi metod və cihazlarla tədqiqi artıq gələn ilin tədqiqat mövsümünə planlaşdırılıb. Professor N.Laneri xüsusi olaraq vurğulayıb ki, arxeologiyada Kür-Araz mədəniyyəti problemləri kontekstində unikal bir təzahür olan kurqanaltı sərdabələr ilk tunc dövrü üçün “Azərbaycan fenomeni” kimi dəyərləndirilməkdədir.

Mənbə: Trend.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR