Slimfit
  1. MEDİA

Gəncə şəhərində “Peşəkar mühasib” təlim kursuna qeydiyyat başladı

Gəncə şəhərində “Peşəkar mühasib” təlim kursuna qeydiyyat başladı
Sakura

Gəncə şəhərində “Peşəkar mühasib” təlim kursuna qeydiyyat başladı

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) və Azərbaycan Texnologiya Universitetinin (UTECA) birgə təşəbbüsü və təşkilatçılığı ilə Gəncə şəhərində keçiriləcək “Peşəkar mühasib” təlim kursuna qeydiyyat başlayıb. Təlim kursu Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək “Peşəkar mühasib sertifikasiyası” imtahanlarına hazırlığı ehtiva edir.

Kursun müddəti: 4 ay (60 saat)

Qiymət: 150 AZN/aylıq

Qrafik: Bazar günləri, 1 dərs 4 saat olmaqla.

Mühasibat uçotu sahəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, publik hüquqi şəxs, iri sahibkarlıq subyekləri, büdcə təşkilatları və digər müəssisələrdə fəaliyyət göstərən baş mühasiblər üçün DİM tərəfindən təşkili nəzərdə tutulan imtahanlarda iştirak edərək sertifikat almaq və peşəkar mühasib təşkilatına üzvlük tələbi qoyulub.

Qeyd etmək lazımdır ki, ARPA Peşəkar mühasib təşkilatı kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən akkreditə olunub və hazırda bu istiqamətdə fəaliyyət göstərərək mühasibat uçotu sahəsində çalışan peşəkar üçün üzvlük imkanlarını təqdim edir.

Gəncə şəhərində keçiriləcək təlim kursunda iştirak edəcək şəxslər müvafiq linkdən istifadə etməklə qeydiyyat formasını (http://arpa.org.az/az/pes%c9%99kar-muhasib-hazirliq-kursu/) dolduraraq Azərbaycan Texnologiya Universitetinə təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: Seymur Abbasov

Tel: (055) 280 13 53

Email: seymurabbasov@gmail.com

Ünvan: Gəncə şəhəri, Ş.İ.Xətai 103, AZ 2011

Peşəkar Mühasib Təşkilatına üzvlük üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: http://arpa.org.az/az/muraci%C9%99t-et/

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR