Slimfit
  1. AVTO VƏ MOTO

Gəncə şəhərində ilk dəfə nano texnologiyalar üzrə seminar keçirilib

Gəncə şəhərində ilk dəfə nano texnologiyalar üzrə seminar keçirilib
Sakura

Gəncə şəhərində ilk dəfə nano texnologiyalar üzrə seminar keçirilib

"AVTO KLUB AZƏRBAYCAN" klubunun təşkilatçılığı, 575 avtoyuma məntəqəsi və Megurex nano güc şirkətinin dəstəyi ilə Gəncə şəhərində ilk dəfə təşkil olunmuş nano texnologiyalar üzrə seminar keçirilib. İlk olaraq klubun təsisçisi və baş administratoru Natiq Əliyev seminarın keçirilməsi məqsədi, Megurex şirkətinin məhsullarının üstünlüyündən danışıb. 575 avtoyuma məntəqəsində Megurex məhsulları tədbir iştirakçılarının qarşısında sınaqdan keçirilib. Məhsulların sınağı çox gözəl nəticələr verib. Avtomobil həvəskarlarına məhsullardan düzgün istifadə qaydaları göstərilib.

Bilirsiniz ki, dünyada nano texnologiyaların tətbiqi son vaxtlar çox geniş yayılmışdır. Nano texnologiyalar avtomobil sənayesində də istifadə olunur. Tədbirin keçirilməsində əsas məqsəd Gəncədə də nano texnologiyaların tətbiqinin təşviq olunmasıdır. Megurex məhsulları avtomobillərin bir çox hissələrinin təmizlənməsi, parıldadılması, rənginin günəş şüalarından qorunması və s. məqsədlərlə istifadə olunur.

Megurex şirkətinin nümayişi və nəticələrin müsbət olması tədbir iştirakçıları tərəfindən müsbət qarşılanıb. Şirkət nümayəndəsi alıcılarla birbaşa əlaqənin yaradılması, bazarda olan saxta məhsulların yığışdırılması və məhsulların daha çox tanıdılması istiqamətində bir çox işlərin görülməsinin vacibliyini qeyd edib.

Tədbirə hər zaman olduğu kimi, Bakcell şirkəti, Avtoehtiyat.com, Azericars.az və Ens.az saytları dəstək göstərib. Klubun fəal üzvləri - avtomobillər üzrə ekspert İlyas Xəlilov və nano texnologiyalar üzrə eskpert Sahib Kazımovun iştirakı da tədbirin daha dolğun keçməsinə səbəb olub. Çəkilişi isə klubun fəal üzvü Samir Arifoğlu həyata keçirdi.

Avto Klub Azərbaycan rəhbərliyi son zamanlar Gəncə şəhərində avtomobil həvəskarlarına qrupda köməklik edir, tədbirlər təşkil edir və bu sahəyə olan marağı artırır. Həmçinin Gəncə şəhərində belə tədbirlərin keçirilməsi şəhərin inkişafı baxımından çox vacibdir. Media ilə əməkdaşlıq isə belə işlərin daha geniş auditoriyaya yayılmasına təsir göstərir və digər tədbirlərin keçirilməsinə həvəsləndirir. Avto Klub Azərbaycan rəhbərliyinə bu sahədə uğurlar arzu edirik.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR