Slimfit
  1. MEDİA

Gəncə Dövlət Universitetində Zəfər günü ilə əlaqədar tədbir keçirilib

Gəncə Dövlət Universitetində Zəfər günü ilə əlaqədar tədbir keçirilib
Sakura

Gəncə Dövlət Universitetində Zəfər günü ilə əlaqədar tədbir keçirilib

Gəncə Dövlət Universitetində Zəfər günü ilə əlaqədar tədbir keçirilib

8 Noyabr – Zəfər günü ilə əlaqar keçirilən silsilə tədbirlər çərçivəsində Gəncə Dövlət Universitetində növbəti bayram tədbiri baş tutub. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhid valideynləri, qazilər, eləcə də Vətən müharibəsində şücaət göstərən komandir və hərbçilər iştirak ediblər.

Tədbirdə Vətən müharibəsində şəhid olmuş igid övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə hər il noyabr ayının 8-nin Azərbaycanda Zəfər Günü kimi qeyd edilməsi qərara alınıb. O vurğulayıb ki, 8 Noyabr – Zəfər günü ərəfəsində Gəncə şəhərində silsilə tədbirlər təşkil olunur. Xalqımız qüdrətimizin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbəni yüksək səviyyədə qeyd edir. 

Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov diqqətə çatdırıb ki,  Azərbaycan Respublikakısının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli ordumuz 28 il erməni əsarətində olan torpaqlarımızı azadlığına qovuşdurdu. Noyabrın 8-də  uzun sürən həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil oldu.

Rektor onu da vurğulayıb ki, torpaqlarımızın erməni işğalçılarından azad edilməsində Gəncə Dövlət Universitetinin 39 vətənpərvər oğlu da yera alıb. Onlar könüllü olaraq cəbhəyə yolanıb və torpaqlarımızın yağı düşməndən azad olunmasında fəallıqla iştirak ediblər. Onlardan 33-ü tələbə, 6 nəfəri isə ali təhsil müəssisəsinin əməkdaşıdır və bu gün haqlı olaraq təhsil ocağının kollektivi bu insanlarla fəxr edir.

Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu Zəki Öztürk çıxışında 44 günlük müharibə zamanı qardaş ölkənin, şəxsən dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Azərbaycan xalqının yanında olmasını, onun haqq işini dəstəkləməsini  təbii hal kimi dəyərləndirib və Azərbaycan-Türkiyə qardaşlığının bundan sonra da sarsılmaz olacağını diqqətə çatdırıb.

Sonra tədbirdə birinci və ikinci Qarabağ müharibəsinin iştirakçısı, cəsur döyüşçü, Suqovuşanın azad olunmasında əsl şücaət göstərən polkovnik Qalib Cəfərov, universitetin fizika kafedrasının müəllimi, şəhid Elşən Abdullayevin atası Sabir Abdullayev, Vətən müharibəsi iştirakçısı, universitetin tarix müəllimliyi ixtisasının IV kurs tələbəsi Tural Zeynalov, Vətən müharibəsi qazisi, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunmuş Ramin Şirinov çıxış edərək, geçdikləri döyüş yolundan danışıb, Zəfər Günü münasibətilə tədbir itirakçılarını təbrik ediblər.

Gəncə Dövlət Universitetinin müəllim və tələbələrinin iştirakı ilə təqdim olunan böyük bayram konsertindən sonra universitetin baş binasında və ikinci tədris korpusunda şəhidlərdən və Vətən müharibəsi iştirakçılarından bəhs edən guşələrin açılışı olub İştirakçılar guşənin önünə tər qərənfillər düzüblər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR