Slimfit
  1. AZƏRBAYCAN

“Gəncə - Avropanın İdman Şəhəri-2019” layihəsinin açılış mərasimi keçirilib

“Gəncə - Avropanın İdman Şəhəri-2019” layihəsinin açılış mərasimi keçirilib
Sakura

“Gəncə - Avropanın İdman Şəhəri-2019” layihəsinin açılış mərasimi keçirilib

 Gəncə şəhərindəki Heydər Əliyev Park-Kompleksində 5 mart Beynəlxalq İdman və Bədən tərbiyəsi günü münasibəti ilə tədbir, həmçinin “Gəncə - Avropanın İdman Şəhəri - 2019” layihəsinin açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, Heydər Əliyev Mərkəzinin önündən başlayan mərasim Amfiteatrda davam edib. 

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər qonaqlar iştirak ediblər.

A.Rəhimov jurnalistlərə açıqlamasında bildirib ki, bu bayramın Gəncədə keçirilməsi təsadüfi deyil. Nazir Gəncənin son illər Avropanın mədəniyyət və gənclər paytaxtı seçildiyini xatırladıb: "Bu il Gəncə Avropanın İdman Şəhərləri və Paytaxtları Federasiyasının (ACES Europe) qərarına əsasən idman şəhəri kimi təyin olunub. Biz burada il ərzində müxtəlif kütləvi tədbirlər keçirəcəyik. Məqsədimiz sağlam həyat tərzinin təbliği, bütün idmançıların bir araya gətirilməsi və sözsüz ki, növbəti illərdə Gəncədə yeni çempionların Azərbaycan bayrağını ucaltmalarından ibarətdir".  

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR