Slimfit
  1. CƏMİYYƏT

Gəncə ali məktəbində dezinfeksiya işləri

Gəncə ali məktəbində dezinfeksiya işləri
Sakura

Gəncə ali məktəbində dezinfeksiya işləri

Azərbaycan Texnologiya Universitetində (UTECA) koronavirus (Covid-19) infeksiyasının yayılması təhlükəsinə qarşı dezinfeksiya işləri görülür.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, mütəxəssislər tərəfindən universitetin 6 tədris korpusu və inzibati binası dezinfeksiya edilib.

Universitetdən verilən məlumata görə, tələbələr üçün nəzərdə tutulan avtobus, akt zalları, auditoriyalar, laboratoriyalar, təlim mərkəzləri, sanitar qovşaqlar, zirzəmilər, idman zalı, dərs və iş otaqlarında dezinfeksiya işləri aparılıb. Daha sonra əks-epidemik tədbirlər universitetin yataqxanasında həyata keçirilib. Bir neçə aydır tələbələrin istifadəsinə verilən yataqxana da kompleks şəkildə mütəxəssislər tərəfindən dezinfeksiya edilib.

Dezinfeksiya işlərini icra edən mütəxəssislər bildiriblər ki, koronavirus havada uzun müddət qalıcı olmasa da, səthlərdə 9-12 saatadək qalıcılıq qabiliyyəti var. Koronavirusun digər viruslara nisbətən qalıcılıq müddəti isə azdır.

Dezinfeksiya zamanı Türkiyə və İspaniya istehsalı olan yüksək keyfiyyətli dərman preparatlarından, xloramindən istifadə edilib. Səthlərdən asılı olaraq dərman məhsulları dəyişə bilir.

Qeyd edək ki, ölkə ərazisində COVİD-19 infeskiyasının yayılma təhlükəsinin qarşısının alınması məqsədilə təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR