Slimfit
  1. MEDİA

“Gəncə - 2019-cu ilin idman şəhəri layihəsinin açılış mərasimi keçirilib

“Gəncə - 2019-cu ilin idman şəhəri layihəsinin açılış mərasimi keçirilib
Sakura

“Gəncə - 2019-cu ilin idman şəhəri layihəsinin açılış mərasimi keçirilib

Dünən “Gəncə - 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimi Heydər Əliyev Park Kompleksində baş tutub. 5 Mart-Bədən Tərbiyəsi və İdman Gününə təsadüf edən mərasimdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə , Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının rəsmi nümayəndələri, Gürcüstanın Batumi şəhəri meriyasının təmsilçiləri, , eləcə də ölkəmizin tanınmış idmançıları, yerli və xarici qonaqlar iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin önündə Ulu Öndərin abidəsini ziyarət ediblər.

Təntənəli açılış mərasiminə Heydər Əliyev Mərkəzinin önündən start verilib. Mərkəzdən Amfiteatradək olan məsafədə qurulan pavilonlarda Gəncəni bir çox yerli və beynəlxalq əhəmiyyətli yarışlarda təmsil edən idmançıların qazandıqları kubok, medal və fəxri fərmanlar sərgilənib. Gəncə şəhər Rəssamlıq Məktəbi və şəhər Uşaq Gənclər Yaradıcılıq və İnkişaf Mərkəzi tərəfindən idman mözusuna aid rəsm sərgisi nümayiş etdirilib. Həmçinin mərasim iştirakçıları veteran idmançılarla görüşüblər.

Daha sonra Amfiteatrın səhnəsində Azərbaycan Dövlət Himni səsləndirilib.

Açılış mərasimində çıxış edən Azad Rəhimov tamaşaçıları salamlayaraq bildirib ki, bu bayramın Gəncədə keçirilməsi təsadüfi deyil. Nazir Gəncənin son illər Avropanın mədəniyyət və gənclər paytaxtı seçildiyini xatırladıb: "Bu il Gəncə Avropanın İdman Şəhərləri və Paytaxtları Federasiyasının (ACES Europe) qərarına əsasən idman şəhəri kimi təyin olunub. Biz burada il ərzində müxtəlif kütləvi tədbirlər keçirəcəyik. Məqsədimiz sağlam həyat tərzinin təbliği, bütün idmançıların bir araya gətirilməsi və sözsüz ki, növbəti illərdə Gəncədə yeni çempionların Azərbaycan bayrağını ucaltmalarından ibarətdir".  

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışı zamanı bildrib ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli sərəncamı ilə hər il martın 5-i ölkəmizdə “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur. Niyazi Bayramov: “Bu gün ölkəmizin hər bir guşəsində olduğu kimi Gəncə şəhərində də idman ictimaiyyəti,  gənclər təşkilatları, idman klubları öz bayramlarını qeyd edirlər. Bayram münasibətilə müxtəlif tədbirlər keçirilir”. Həmçinin icra başçısı onu da xüsusi vurğulayıb ki, 2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə MDB ölkələrinin Mədəniyyət Paytaxtı olan Gəncə “ACES Europe” təşkilatı tərəfindən bu il  Avropanın İdman Şəhəri tituluna layiq görülüb.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxışı zaman Gəncə və gəncəliləri bayram münasibətiylə təbrik edib. Çingiz Hüseynzadə “Bu bayram həqiqətən də Gəncənin böyük idman şəhəri olduğunu bir daha sübut etdi. Arzum budur ki, Gəncə gələcək illərdə Olimpiya şəhəri adına layiq görülsün”.

Sonra Gənclər və İdman Nazirliyinin sifarişi ilə xüsusi olaraq layihənin açılış mərasimi üçün hazırlanmış, Gəncənin çoxəsrlik tarixini, müasir inkişafını və idman uğurlarını özündə əks etdirən “Karvan” filmi mərasim iştirakçılarına təqdim olunub. Filmdə dəvə karvanının XII əsr Gəncəsindən bu günümüzə yola düşdüyü göstərilib.

Açılış mərasimində Bakıdan dəvət olunan və yerli incəsənət nümayəndələri konsert proqramı ilə çıxış ediblər. Mərasim boyu Gəncə idmançılarının nümunəvi çıxışları izlənilib.

Tədbirin sonunda uzun tarixi yol qət edən dəvə karvanı XXI əsrin Gəncəsinə - Avropanın İdman şəhərinə təşrif buyurub.

Xatırladaq ki, 2018-ci il mayın 16-da Gəncə şəhəri 2019-cu ilin Avropa İdman Şəhəri elan edilib. Belçika Krallığının paytaxtı Brüsseldə “ACES Europe”nın təşkilatçılığı ilə Avropanın İdman Paytaxtı və Avropanın İdman Şəhəri titullarını qazanan şəhərlərin rəsmi təltif olunma mərasimi keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun başçılıq etdiyi nümayəndə heyəti 2019-cu il üçün Avropanın İdman Şəhəri titulunu əks etdirən rəsmi bayrağı qəbul edib. Avropanın İdman Şəhəri titulunu MDB ölkələri arasında ilk dəfə Gəncə şəhəri qazanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR