Slimfit
  1. MEDİA

Gənc yazar Sevindik Nəsiboğlu MEK fonduna müəllifi olduğu kitabları hədiyyə edib

Gənc yazar Sevindik Nəsiboğlu MEK fonduna müəllifi olduğu kitabları hədiyyə edib
Sakura

Gənc yazar Sevindik Nəsiboğlu MEK fonduna müəllifi olduğu kitabları hədiyyə edib

Gənc yazar Sevindik Nəsiboğlu MEK fonduna müəllifi olduğu kitabları hədiyyə edib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının “Qarabağ müharibəsi qəhrəmanları” fondunda  istedadlı şair, gənc yazar, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Sevindik Nəsiboğlu (MEK) ilə görüş keçirilib.

MEK-in “Qarabağ müharibəsi qəhrəmanları fondu”nun rəhbəri, şəhid polkovnik Babək Səmidlinin bacısı Röksanə Səfərzadə Xırdalan şəhəri 9 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Sevindik Nəsiboğlu ilə görüş zamanı, gənc şairin timsalında istedadlı yeniyetmələrdə Vətənə sevgi, həmçinin kitaba, mütaliəyə, böyük həvəsin olduğunu görəndə qürurlandığını bildirib.  Onun şeirlərində vətənpərvərlik üslubunun ön planda dayandığını nəzərə çatdırıb. 

Görüş əsnasında istedadlı şair və ailə üzvləri MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fondu ilə tanış olublar. Burada Azərbaycan xalqının böyük oğlu, Ulu öndər Heydər Əliyevin və Prezident, Ali Baş Komandan İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş fotoşəkilləri, müharibə iştirakçılarının fotoşəkillərindən ibarət “Qarabağ Azərbaycandır!”, Azərbaycan Respublikasının Xəritəsi üzərində 3000-ə yaxın şəhid adlarının əks olunduğu “Zəfər memarları”, Birinci Qarabağ, Aprel və Tovuz döyüşləri, 44 günlük Vətən müharibəsi zamanı şəhid olanların xatirəsini əbədiləşdirmək üçün yaradılan guşələrə baxıblar. Şəhid, qazi və müharibə iştirakçılarının həyatı,  fəaliyyət yolunu əks etdirən məlumatlar, şəxsi sənədlər, onların şəxsi kitablarından ibarət kolleksiya ilə tanış olublar. 

Gənc yazar Sevindik Nəsiboğlu özünün müəllifi olduğu “Hərdən uçmaq istəyirəm...”, “Könüllərə Yol Gəzirəm”, “Ulu Naxçıvanım”, “Dünyamsan Azərbaycan”, həmçinin ölkəmizin tarixi qələbəsinə həsr olunmuş “Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitablarını fonda hədiyyə edib. 

Qeyd edək ki, gənc müəllifin  “Möhtəşəm Zəfərin Nişanəsi” adlı sonuncu kitabında Vətən uğrunda canlarını sipər etmiş şəhidlər, sağlamlığından keçmiş qazilər, mübariz müharibə iştirakçılarının həyat və döyüş yollarından bəhs edən publisistik məqalələr, şeirlər, anım tədbirlərindən çıxışlar və özü tərəfindən yaradılmış Vikipediya səhifələri yer alıb.

İstedadlı yazar bir sıra diplomlara layiq görülüb, eyni zamanda “Kredo” qəzetinin ən gənc müxbiridir.

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 (daxili 14-14)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR