Bu gün Kənd Təsərrüfatı Nazirliyi yeni layihəsini təqdim edib
Bu gün Kənd Təsərrüfatı Nazirliyi yeni layihəsini təqdim edib.
BAKU.WS xəbər verir ki, bu layihə “AMAL” adlanır. “AMAL” Kənd Təsərrüfatı Nazirliyinin Kənd yerlərində yaşayan gənclərin aqrar sahədə biznes ideyalarının həyata keçirilməsinə yönəldilib.
Gənclərin innovativ metodlardan tətbiqinin stimullaşdırılmasına dəstək verən, ətraf mühiti qoruyan yeni kənd təsərrüfatı və idarçilik üsulları barədə məlumatlandırılmasına yönələn bu layihə gənc fermerlərin ilkin kapitalının formalaşmasına şərait yaradan bir təşəbbüsdür.
Tədbirdə bir neçə nazirlik əməkdaşları, gənc fermerlər və bu sahədə təcrübəsi olan mütəxəssislər iştirak edib. Tədbirdə bildirilib ki, kənd təsərrüfatı layihələri və kreditlərinin idarə edilməsi üzrə dövlət xidməti yeni addımlar atır.
Bunlardan biri də, FAO-nun həyata keçirtdiyi AMAL layihəsi regionlarda yaşayan gənclərin aqrobiznes ideyalarını reallaşdırmaq və sahibkar kimi formalaşmasına dəstək vermək məqsədi daşıyır.
Layihə çərçivəsində gənc fermerlər proqramı və kənd təsərrüfatı sahəsində peşə təhsili proqramı həyata keçirəcəklər. Gənclərin məşğulluq imkanlarının artırılması üçün zəruri olan bilik və bacarıqlara sahib olması onların bu sahədə uğur qazanmasına bir təkandır.
Layihədə həmçinin texnoloji yeniliklərin tətbiq edilməsi və ətraf mühitin qorunması ilə bağlı müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulub.
AMAL layihəsinin əsas məqsədlərindən biri də regionlarda yaşayan və kənd təsərrüfatı ilə məşğul olmaq istəyən gənc xanımların biznes qurmasına təkan verəcək.
AMAL layihəsi eyni zamanda məcburi köçkün ailələrindən olan gənclərin bu sahədə biznes ideyalarının reallaşmasına xidmət edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət