Slimfit
  1. MEDİA

"Gənc qadınlar elmdə" müsabiqəsinin nəticələri açıqlanıb

"Gənc qadınlar elmdə" müsabiqəsinin nəticələri açıqlanıb
Sakura

"Gənc qadınlar elmdə" müsabiqəsinin nəticələri açıqlanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə ölkəmizdə "Elm Günü" təsis edilib. Həmin Sərəncama əsasən, hər il 27 mart tarixində bu əlamətdar günün qeyd edilməsi qərara alınıb.

"Elm Günü" ilə əlaqədar AMEA-da müsabiqələr təşkil edilib. Akademiyanın gənc qadın alimləri üçün elan olunan "Gənc qadınlar elmdə" müsabiqəsinin nəticələri açıqlanıb. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 5 fevral 2019-cu il tarixli Sərəncamına əsasən təşkil edilən müsabiqənin məqsədi akademiyada çalışan gənc qadınların elmin müxtəlif sahələrində apardıqları tədqiqatlarını, əldə etdikləri nailiyyətlərini, aktual və müasir elmi problemlərin Azərbaycan üçün prioritet olan istiqamətlərində elmi fəaliyyətini stimullaşdırmaq və onların elmin inkişafında rolunu daha da artırmaqdır.

Müsabiqədə iştirak üçün 69 gənc qadının namizədliyi irəli sürülüb. Təqdim olunan işləri AMEA-nın prezidentinin müvafiq sərəncamı ilə yaradılan Ekspert komissiyası qiymətləndirib. İşlər komissiya tərəfindən ciddi təhlil edildikdən sonra namizədlər haqqında müvafiq rəylər AMEA-nın prezidentinə təqdim edilib və qaliblər müəyyənləşdirilib.

Beləliklə, "Gənc qadınlar elmdə" müsabiqəsinin nəticələrinə görə, I yerə AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının böyük elmi işçisi, astronomiya üzrə fəlsəfə doktoru Həmayil Adıgözəlzadə və AMEA Fəlsəfə İnstitutunun elmlər doktoru hazırlığı üzrə əyani doktorantı, siyasi elmlər üzrə fəlsəfə doktoru  Günel Məlikli, II yerə AMEA Riyaziyyat və Mexanika İnstitutunun laboratoriya müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Səbinə Sadıqova, AMEA akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Sevinc Osmanova, AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Həsənli-Qəribova, AMEA Abasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Lamiyə Qafar-zadə, III yerə isə AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Səbinə Əhmədova, AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Samirə Ələkbərova, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ülkər Baxşiyeva, AMEA Naxçıvan Bölməsinin Bioresuslar İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Əfruz Nəsirova layiq görülüblər.

Qeyd edək ki, qaliblərə I yer üçün 3000 manat, II yer üçün 2000 manat, III yer üçün isə 1500 manat məbləğində pul mükafatları və diplomlar təqdim olunacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR